• 100 % NƏTİCƏ

    Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən “İdrak“ liseyi bu ildə öz ənənəsinə sadiq qalaraq, ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərdi.
    Bakı və Sumqayıt şəhərlərində fəa..

    Daha ətraflı
  • SON ZƏNG 2017

    “İDRAK” məzunlarını qürurla yola salır
    Sumqayıt İDRAK liseyində “İDRAK”-dan başlanan işıqlı yola adlı son zəng tədbiri keçirilib.
    Daha ətraflı

  • Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.

    Dövlət himninin sədaları altında dövlət bayrağı və “İdrak” liseyinin bayrağı  qaldırıldı. Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi , pedaqoji elmlər doktoru professor Mönsüm Alışov şagirdləri və  valideynləri, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. İlk dəfə məktəbə qədəm qoyan şagirdlərə yeni başladıqları dərs  ilində uğurlar arzuladı. O, ölkə prezidenti cənab  İlham Əliy..

    Daha ətraflı
  • Sınaq imtahanları 2017-2018

    "İdrak" liseyində 2017-2018-ci tədris ilində keçiriləcək sınaq imtahanları.

    ..

    Daha ətraflı

SON ZƏNG 2017

“İDRAK” məzunlarını qürurla yola salır
Sumqayıt İDRAK liseyində “İDRAK”-dan başlanan işıqlı yola adlı son zəng tədbiri keçirilib.
Fərqli və maraqlı formada təşkil olunmuş tədbirdə “İDRAK” rəhbərliyi, müəllim və şagird kollektivi ilə yanaşı, müxtəlif qonaqlar, təhsil, elm və sənət adamları iştirak edib.
Azərbaycan dövlət himni ilə başlanan tədbirdə çıxış edən “İDRAK” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov qonaqları salamlayaraq məzunları təbrik edib və liseyin uğurlarından danışıb. Bu il 7-ci buraxılışını edən liseyin ali məktəblərə qəbul nəticələri hər il üçün 100 faiz olub.
Sumqayıt “İDRAK” liseyinin direktoru Xanım Alışova məzunları təbrik edərək liseyin uğurlarına diqqət çəkib. “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi istiqamətində inamla irəliləyirik. Keyfiyyət bizim üçün əsas meyardır və bütün fəaliyyətimiz də onun daim yüksəlməsinə yönəlib. Şagirdlərimizin hər tərəfli şəxsiyyət kimi yetişməsi bizim üçün olduqca önəmlidir. Elə bu məqsədlə liseyimizdə tez-tez müxtəlif tədbirlər, sərgilər, ekskursiyalar və s. təşkil edilir ” deyib.
Sumqayıt Təhsil İdarəsinin şöbə müdiri Şəhla Bağırova təhsildə ciddi nəticələr əldə etdiyinnə görə “İDRAK”-çılara növbəti uğurlar arzulayıb. “İDRAK”-ı ən inovativ təhsil ocaqlarından biri kimi qiymətləndirən qonaq liseyi təhsildə texnologiyanın tətbiqinin təməlini atan təhsil müəssisələrindən biri olduğunu deyib. 
2016-2017-ci tədris ilində fərqlənən şagird və müəllimlər fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilib. O cümlədən, Elvin Babayev “İlin ən yaxşı şagirdi” adına layiq görülüb. Liseyin tədris işləri üzrə direktor müavini Sevda Butayeva isə “Elm” sərgisinin təşkilində göstərdiyi yüksək peşakarlığına görə mükafatlandırılıb. 
Tədbir şagirdlərin hazırladıqları müxtəlif səhnəciklər, rəqslər, səsləndirdikləri şeirlər və mahnılarla davam edib.

Top