Bilik günü
"İdrak" liseyinin Bakı filialında Bilik günü təntənəli şəkildə bayram edildi. Dövlət himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı və İdrak liseyinin bayrağı qaldırıldı. Məktəbin direktoru Natavan Alışova çıxış edərək şagirdləri və müəllimləri bayram münasibətilə təbrik etdi. 2017-2018 – ci ildə liseyin qarşısında duran vəzifələrdən, ötən tədris ilində qazanılmış uğurlardan söz açdı. Liseyin fəxri qonağı YAP Binəqədi rayon şöbəsinin rəhbəri Ramiz Göyüşov olmuşdur. O, çıxışında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və indi Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil strategiyasından söz açdı. Göstərdi ki, bu gün Azərbaycanda gənclərin inkişafına milli mənəvi dəyərlər üzərində sağlam tərəqqisinə çox böyük önəm verilir. Cənab İlham Əliyevin tapşırığı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni təhsil müəssisələri yaradılır. Bir çox məktəblər və bağçalar yenidən təmir edilir.Təsadüfi deyil ki, 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. Bu siyasət təhsilin keyfiyyətlə yüksəlməsini, yeniləşməsini tələb edir.
Daha sonra aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Raqif Orucovun və Seymur Baxışovun ailə üzvlərinə söz verildi. İdrak liseyinin bütün siniflərində ilk dərs saatı “ Cocuq – Mərcanlı – qayıdışın başlanğıcı” mövzusuna həsr olundu. Açılışdan sonra qonaqlar sinif otaqlarına dəvət olundular. 8- ci sinifdə “ Cocuq Mərcanlı – qayıdışın başlanğıcı” adlı təqdimatı dinlədilər.
Nəhayət, uşaqlar və müəllimlər sinif otaqlarına keçib dərsə başladılar.