Konstitusiya Günü
10.11.2017-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyəti və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Natəvan xanım Alışova qonaqları və tədbir iştirakçılarını salamladı. O, Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması zamanı Ulu Öndər Heydər Əliyevin bilavasitə komissiyanın sədri olmasından və bu sənədin ərsəyə gəlməsindəki əvəzsiz rolundan bəhs etdi. O, hamını qarşıdan gələn 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etdi və Azərbaycanın inkişafı naminə fəaliyyətlərində uğurlar dilədi. Çıxış edənlər, Əməkdar Elm Xadimi, professor Şahlar Əsgərov, hüquq üzrə fəlsəfə doktoru, DİA-nın dosenti Nazənin Hüseynova, Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva Azərbaycan Konstitusiyasının yaranması tarixindən, bu günün bayram kimi təsis edilməsindən, həmçinin Azərbaycanın hüquqi dövlət kimi keçdiyi inkişaf yolundan, bu işdə dövlət başçısı cənab İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs etdilər. Onlar həmçinin “İdrak” liseyində bu qəbildən tədbirlərin mütəmadi olaraq keçirilməsinin təqdirəlayiq hal kimi vurğuladılar. Sonra lisey şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim edildi. Qonaqlar şagirdlərin Konstitusiya Gününə həsr etdikləri rəsm və əl işlərilə tanış oldular.