Uşaqlar – gələcəyimizin aynasıdır
20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyasında Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir. 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir. 02 noyabr 2017-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində “Uşaqlar – gələcəyimizin aynasıdır” adlı tədbir keçirildi. Tədbirdə “İdrak” liseyinin və 53 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Arzu Quliyeva, “Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev, 53 saylı orta məktəbin “Hüquq klubu”nun sədri Orxan Vəliyev çıxış etdilər. Daha sonra “Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olundu.