25 il Azərbaycan naminə
20.10.2017-ci il tarixində “İdrak” liseyində Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş “ 25 il Azərbaycan naminə” adlı tədbir keçirildi. Tədbirdən öncə şagirdlərin rəsmlərindən ibarət sərgi və “İdrak” liseyi nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini əks etdirən foto stendə baxış keçirildi. Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi, professor Mönsüm Alışov qonaqları, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ölkəmiz üçün keşməkeşli bir dövrdə yaranmışdır. Dağılmaqda olan ölkəni xilas etmək üçün 91nəfər ziyalının Heydər Əliyevə müraciət ünvanlaması,Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin sədr seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.
Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən güclənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına da səbəb oldu.
Daha sonra həmin hadisələrin bilavasitə iştirakçısı olmuş, 91 ziyalıdan biri, professor Şahlar Əsgərov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. O, Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqətin sayəsində “İdrak” liseyi kimi nümunəvi təhsil ocaqlarının yaranmasından danışdı. Şahlar müəllim qeyd etdi ki, “İdrak”liseyində şagirdlərə Heydər Əliyev ideyaları, azərbaycançılıq məfkurəsi aşılanır, hərtərəfli inkişaf etmiş gənclər yetişdirilir. Sonra ədəbi-bədii kompozisiya təqdim edildi. Xalq artisti Məleykə Əsədovanın ifasında Ulu Öndərə həsr olunmuş şeirlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Şagirdlərin təqdim etdikləri mahnı, rəqs və şeirlər tədbiri daha da yaddaqalan etdi.Tədbirin sonunda YAP Binəqədi rayon təkilatının sədri Ramiz Göyüşov çıxış edərək Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını və təbriklərini çatdırdı, liseyin rəhbərliyinə və kollektivinə yubiley tədbirinin yüksək səviyyədə keçirildiyinə görə minnətdarlığını bildirdi. Professor Mönsüm Alışov şagirdlərin hazırladıqları əl işini YAP Binəqədi rayon təşilatına hədiyyə etdi. Sonda sərgidə əsərləri nümayiş olunan şagirdlərə diplomlar tədim edildi.