100 % NƏTİCƏ
Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən “İdrak“ liseyi bu ildə öz ənənəsinə sadiq qalaraq, ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərdi.
Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən “İdrak” liseyinin məzunları artıq 7 ildir ki, 100 faiz nəticə göstərir. Məzunların 20 faizi xarici universitetlərdə, 80 faizi isə yerli universitetlərdə təhsil alır.
Ötən illərdə olduğu kimi növbəti illərdə də “İdrak” liseyinin100 faizlik nəticəsi davamlı olacaq. “Bizdə bu əminliyi yaradan fənn müəllimlərimizin məqsədyönlü, peşəkar əməyi və abituriyentlərimizlə aparılan psixoloji xidmət işləridir.”