• 100 % NƏTİCƏ

    Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən “İdrak“ liseyi bu ildə öz ənənəsinə sadiq qalaraq, ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərdi.
    Bakı və Sumqayıt şəhərlərində fəa..

    Подробнее
  • "Şəhid Şəhər-Xocalı"

    Sumqayıt "İDRAK" liseyində Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunan divar qəzetləri və rəsm sərgisi hazırlanmışdır.

    ..

    Подробнее
  • ..

    Подробнее
  • Şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağla görüş

    08.02.2019-cu il tarixində Sumqayıt " İdrak" liseyində şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağla görüş keçirilmişdir.Tədbirin keçirilməsinin təşəbbüskarı liseyin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışov olmuşdur.

    ..

    Подробнее
  • Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

    03.02.2019-cu il tarixində keçirilən Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi. Sumqayıt "İdrak" liseyinin idrakçıları İnformatika fənni üzrə 8-ci sinif şagirdi Əsgərov Əsgərəli, Riyaziyyat fənni üzrə 9-cu sinif şagirdi Nəbiyeva Aişə, Azərbaycan dili və Ədəbiyyat fənni üzrə isə 9-cu sinif şagirdi Xudadatova Nuray və 10-cu sinif şagirdi İsmayılova Nabat növbəti mərhələyə keçiblər. Hər birini təbrik edir..

    Подробнее
  • 8 Mart Beynəlxalq Qadınlar Günü

    Sumqayıt İDRAK liseyində “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş tədbir keçirilib.

    ..

    Подробнее
  • 1 mart - Ümumdünya Mülki Müdafiə Günü

    ..

    Подробнее
  • “İDRAK” olimpiadasında iştirak et, güzəştli təhsil qazan!

    ..

    Подробнее
  • "İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun təşəbbüsü ilə "İdrak" liseyində Namiq Məna ilə görüş keçirilib.

    Sumqayıt "İdrak" liseyində Namiq Mənanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

    ..

    Подробнее
  • Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.

    ..

    Подробнее
  • Riyaziyyat Gecəsi

    Sumqayıt " İdrak " liseyində "Riyaziyyat Gecəsi" keçirilib

    ..

    Подробнее
  • Şagird qəbulu başladı

    ..

    Подробнее
  • Əlifba bayramı

    I A sinif şagirdlərinin Əlifba bayramı. Artıq onlar sərbəst yazı yaza, üzdən səlist oxuya, rəqəmləri saya bilirlər. Bayramda maraqlı səhnəciklər qurulmuş, Azərbaycan və İngilis dilində şeirlər söylənmiş, mahnılar ifa edilmişdir.
    Подробнее

  • İdrak liseyi Novruz bayramı

    Liseyimizdə müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi maraq doğuran Novruz şənliyi keçirilmişdir. Şənlikdə liseyin ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup müəllim və işçi heyyətini liseyin direktoru Respublikanın əməkdar müəllimi Fikrət Qasımov Fəxri fərmanla təltif etdi.
    Подробнее

İdrak liseyi-Cocuq Mərcanlı

03 oktyabr 2017-ci il tarixində "İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru , professor Mönsüm Alışovun rəhbərliyi ilə liseyin bir qrup müəllim və şagird heyəti Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər etdilər. Səfərin məqsədi Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq nəticəsində işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi ilə tanışlıq, oradakı həmvətənlərimizə dəstək, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin rəhbərliyi, müəllim-şagird heyəti ilə görüşmək və elmi-pedaqoji əməkdaşlığa başlamaq idi. Səfər iştirakçıları əvvəlcə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsinin ziyarət etdilər, daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivilə görüşdülər. Görüş zamanı professor Mönsüm Alışov çıxış edərək qeyd etdi ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmış və ordumuzun qüdrətini bir daha nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamış və məhz dövlət başçısının böyük diqqəti sayəsində qısa bir müddət ərzində kənddə böyük quruculuq işləri həyata keçirilmişdir. Mönsüm müəllim həmçinin vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
“İdrak liseyinin” pedaqoji heyətinin nümayəndələri səfər zamanı öz həmkarları ilə maraqlı fikir mübadiləsi apardılar. Liseyin şagirdləri öz yaşıdları ilə həmsöhbət oldular, məktəbi gəzərək dərslərdə iştirak etdilər. Professor Mönsüm Alışov məktəbin rəhbərliyini və pedaqoji kollektivini qarşıdan gələn 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdi, onlara bu şərəfli işdə böyük nailiyyətlər arzuladı . O, “İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompyuter və proyektorları məktəbə hədiyyə etdi. Elə həmin texniki vasitələrin köməkliyi ilə İdrak liseyinin müəllimləri bir neçə elektron dərs nümunəsi də təqdim etdilər. Professor Mönsüm Alışov bu əməkdaşlığın davamlı olacağını, “İdrak” liseyinin bu məktəbə daim metodiki köməklik göstərəcəyini, vaxtaşırı görüşlər, təlimlər, müxtəlif birgə layihələrin həyata keçiriləcəyini, bu məktəbin də “İdrak” liseyinə məxsus mediadərslər bazasından faydalanacağını bildirdi. Məktəb və müəllimlər üçün facebook səhifələri yaradıldı və idarə olunması qaydaları izah edildi. Sonda Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev belə bir tədbirin təşkil olunmasına görə dərin minnətdarlığını bildirdi. O, həmçinin bu görüşün olduqca maraqlı və faydalı olduğunu, müəllim və şagirdlərdə unudulmaz təəssüratlar yaratdığını vurğuladı. 
“İdrak” liseyi həmçinin Cocuq Mərcanlı kəndini bu illər ərzində heç vaxt tərk etməyən sakini Oqtay Həziyevin də qonağı oldu. Oqtay Həziyev Cocuq Mərcanlıda yaradılmış şəraitdən, Respublika Prezidenti İlham Əliyev tərəfindən “Əmək Ordeni” ilə təltif edilməsindən, evin hədiyyə edilməsindən danışdı. O, əminliyini ifadə etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qalan torpaqlarımız da azad ediləcək və bütün həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar.

Top