Rəsm
Təsvir etmək insanın görmə yaddaşını, mühit və məkan duyumunu, obrazlı təsəvvür qabiliyyətini inkişaf etdirir. Təsviri incəsənət fəaliyyəti şagirdləri məkan və forma ölçülərini hiss etməyə, obrazlı və məntiqli düşünməyə və bu düşüncələri vizual obrazda əks etdirməyə istiqamətləndirir. İdrak liseyində Təsviri incəsənət dərsini və rəsm dərnək fəaliyyətini Azər Abdullayev tədris edir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakultəsini və Rusiyada İ.Repin adına Rəssamlıq Akademiyası bitirmişdir.
Azərbaycan Xalça Muzeyi Uşaq Muzeyi şöbəsinin müdiri və “Sehrli Aləm” cəmiyyətinin prezidenti vəzifəsini daşıyır.
Rəsm dərnəyimizin bacarıqlı üzvlərinin göz oxşayan əsərləri liseyin bütün tədbirləri ilə yanaşı, kənarda da mütəmadi olaraq sərgilənir. Belə ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyanın proqramlarında liseyin müəllim və istedadlı şagirdləri ilə müsahibələr aparılmış, onların əsərləri nümayiş edilmişdir. Azərbaycan Xalça Muzeyində təşkil olunmuş Bakı şəhəri məktəblilərinin əl işlərindən ibarət sərgilərdə “İdrak” liseyinin istedadlı şagirdləri I dərəcəli diplomlara layiq görülmüşlər.