Şahmat
Şahmat uşaqlarda yaddaşı gücləndirir, zehni və məntiqi inkişaf etdirir. Çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq vərdişləri yaradır. Bundan əlavə araşdırmalar göstərir ki, şahmat beynin hər iki yarımkürəsinin fəaliyyətini akitvləşdirir, diqqəti cəmləməyi, tənqidi düşüncə tərzini və oxumaq vərdişlərini təkmilləşdirir.
Bu səbəbdən “İdrak” liseyinin I-IV siniflərində bütün şagirdlərə şahmat dərsi keçirilir . Bununla yanaşı liseydə şahmat dərnəyi də fəaliyyət göstərir. Dərnəkdə şahmatla məşğul olan şagirdlər dəfələrlə rayon və şəhər yarışlarında iştirak edərək yüksək nəticələr əldə etmişlər. Şahmat müəllimi Xiyalova İradə Rövşən qızı şahmat üzrə ustalığa namizəddir. O, “İdrak” liseyilə yanaşı Bakı şəhəri 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama Məktəbində baş məşqçi-müəllim vəzifəsində də çalışır.