İbtidai təhsil
Liseyimizdə ibtidai təhsilin məqsədi elmi biliklərə əsaslanmaqla hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşünə malik, XXI əsrin tələblərini-kommunikativlik, kreativlik, tədqiqatçılıq, tənqidi-təfəkkürlü, məntiqi-təfəkkürlü, problem həll etmə qabiliyyətli və s. özündə ehtiva edən şəxsiyyət formalaşdırmaqdan ibarətdir. Liseyimizdə ibtidai təhsil səviyyəsində tədris 3 dildə beynəlxalq və Azərbaycan Respublikasının dövlət təhsil standartlarına uyğun şəkildə həyata keşirilir. Təlim prosesində aktiv və interaktiv təlim meodlarında geniş istifadə edilir. Bütün fənlərin tədrisində İKT geniş tətbiq olunur. Elektron dərslərin müşayiəti ilə tədris edilən hər bir mövzu arxivləşdirilərək həm valideynləri təlim prosesinin virtual iştirakçısına çevirir, həm də şagirdlərə həmin mövzuları dəfələrlə təkrar etmək imkanı yaradır.
İbtidai təhsil səviyyəsində aşağıdakı fənlər tədris olunur:
- Azərbaycan dili
- Riyaziyyat
- Xarici dillər (ingilis dili, rus dili)
- Məntiq
- Həyat bilgisi
- İnformatika
- Təsviri incəsənət
- Fiziki tərbiyə
- Musiqi
- Ritmika
- Texnologiya
Hər bir şagirdə fərdi yanaşmanın təmin edilməsi məqsədilə fənn müəllimləri tərəfindən şagirdlərin təlim fəaliyyətinin izlənilməsi ilə yanaşı tədris ili ərzində bir neçə dəfə Monitorinq şöbəsi tərəfindən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir. Eyni zamanda şagirdlərin müxtəlif fənlərdən qazandıqları biliklərin nümayiş etdirilməsi üçün fənn olimpiadaları, bilik yarışları, təqdimat-dərslər, şagird sərgiləri mütəmadi olaraq təşkil edilən tədbirlərdir.
Natiqlik, gözəl nitq qabiliyyəti hər bir savadlı şəxsin mühüm göstəricisi olmaqla yanaşı, ibtidai təhsilin qarşısına qoyulan başlıca məqsədlərdən biridir. Şagirdlərdə natiqlik qabiliyyətini formalaşdırmaq məqsədilə liseyimizdə mütəmadi olaraqşagird təqdimatları, dəyirmi masalar, müzakirə dərsləri, oxu günləri, kitab və müxtəlif əsərlərin müzakirələri, inşa yazı müsabiqələri təşkil olunur və əlamətdar və tarixi günlər xüsusi tədbirlərlə qeyd edilir. Şagirdlərdə kitaba, mütaliəyə sevgi aşılamaq üçün oxu aylıqları təşkil olunur.
Hər bir xalqın tarixi, ədəbiyyatı və incəsənəti onun ən dəyərli sərvətidir. Bu sərvətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün liseyimizdə kino günləri, teatr günləri, incəsənət ustaları, yazışı və şairlərlə görüşlər keçirilir, tarixi abidələrə, müzeylərə ekskursiyalar təşkil olunur.