Mönsüm Ədil oğlu Alışov
“İdrak” liseyinin müdiriyyəti və pedaqoji kollektivi liseyin təsisçisi , tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim, pedaqoji elmlər doktoru, professor Mönsüm Ədil oğlu Alışovu ad günü münasibətilə təbrik edir. Mönsüm müəllimə bu çətin və şərəfli işində uğurlar arzulayır. Mönsüm müəllim həyatını demək olar ki, bütünlüklə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş maarifpərvər insan , cəmiyyətimizə layiqli vətəndaşlar yetişdirilməsində böyük xidmətlər göstərmiş dəyərli ziyalıdır. Ad gününüz mübarək, hörmətli Mönsüm müəllim! Sizə möhkəm can sağlığı, xöşbəxtlik, təhsilimizin inkişafı ilə bağlı bütün təşəbbüslərinizdə və fəaliyyətinizdə uğurlar diləyirik!