“İdrak” liseyinin müəllimləri Türkiyə Cumhuriyyətində
“İdrak” liseyinin bir qrup müəllimi payız tətilində qardaş Türkiyə Cumhuriyyətində ezamiyyətdə olmuşlar. Ezamiyyətdə məqsəd təhsildə və texnologiyalarda baş verən yeniliklərlə yaxından tanış olmaq və onları “İdrak” liseyində tətbiq etməkdir. Bu məqsədlə müəllimlərimiz “Hazar” collejinin Bursa və İstanbul şöbələrində olmuş, qarşılıqlı şəkildə təcrübə və fikir mübadiləsi etmişlər.”İdrak” liseyinin müəllimləri – Qıztamam Quliyeva (ingilis dili),Cahan Əhmədova (biologiya), Xumar Həsənova və Elvira Əliyeva media dərslərlə şagirdlər qarşısında çıxış etdilər. Ezamiyyətin son günü 24 noyabr Türkiyə Müəllimlər gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə “İdrak” liseyinin tanıtım filmindən fraqmentlər nümayiş etdirildi. Liseyin direktor müavini Nilufər Əliyeva “İdrak”ı fərqləndirən , xüsusiyyətlərdən danışdı, “İdrak” liseyinin kollektivi adından və xüsusilə liseyin təsisçisi Mönsüm Alışovun adından bütün müəllimləri bayram münasibətilə təbrik etdi.