"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSРЕЗУЛЬТАТЫФОТОГАЛЕРЕЯАРХИВ
Təsisçi

Məktəb-liseyin təsisçisi - pedaqoji elmlər namizədi, dosent Alışov Mönsüm Ədil oğlu:

Alışov Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirib,  ilk əmək fəaliyyətinə elektrik montyoru kimi başlamışdır. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin institutu bitirmişdir. 1976-cı ildən Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə təyinat almışdır. 1980-cı ilə kimi Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçmüşdür. Sumqayıt Üzvü Sintez Birliyində mühəndis, mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir.

         M.Alışov 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1990-cı ildə Azərbaycan ETPE İnstitutunun Təlimin Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə Sumqayıt şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi Sumqayıt Pedaqoji Seminariyasını təhsis etmiş və ona rəhbərlik etmişdir.

2001-ci ildə “Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

M.Alışov ümumtəhsil məktəblərində kompüter texnikasından istifadə etməklə fizika və riyaziyyat fənlərinin tədrisi zamanı “problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasını vermişdir. “Problemli-modullu təlim” metoduna:-“problemli-təlim”, “modullu təlim” və “sıxlaşdırma” nəzəriyyələrinin qarşılıqlı əlaqəliliyi şəraitində həmin metodların inteqrasiyası nəzəriyyəsini əsaslandırılmışdır.

         Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantıdır. “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusundakı doktorluq dissertasiyası açıq müdafiəyə buraxılması məsləhət bilinib.

         Tədqiqat ilk dəfə olaraq, həndəsənin hazırlıq kursu (I-VI siniflər) məzmununun sistemi, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının elektron hesablama vasitələrinin kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.

M.Alışov 1980-ci illərdə respublikamızın məktəblərində “İnformatika” fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcədə kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədi ilə müxtəlif zamanlarda 30-dan çox elmi publisistik məqalələrlə mətbuatda çıxış etmişdir.M.Alışov 2008-ci ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür.

M. Ə. Alışov SDU-nin İnformatikanın tədrisi metodikası kabinetinin dosentidir.

M. Ə. Alışov 2009-cu ildən Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri üzrə prorektorudur. Ailəlidir, 4 övladı var.

 M.Alışov aşağıda adları göstərilən elmi əsərlərin o cümlədən 2 monoqrafiyanın, 3 dərs vəsaitinin, 3 metodik vəsaitin müəllifi və ya həmmüəlifidir;

daha ətraflı         

Növbəti səhifə -->>

 

00.00.00

День Флага

День Флага – праздник, вызывающий гордость у каждого из нас, потому что мы помним, сколько трудностей пришлось преодалеть прежде, чем наше трёхцветное знамя взвилось вверх. Школа-лицей «Идрак» к этому событию подготовилась достойно. На празднике были представлены различные номера художественной самодеятельности, подготовленные учащимися. Было приятно не только смотреть представление, но и гордиться тем, что мы гражданин этой страны, флаг которой гордо реет над тобой.


Фото снимки от праздника....