• 100 % NƏTİCƏ

    Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən “İdrak“ liseyi bu ildə öz ənənəsinə sadiq qalaraq, ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərdi.
    Bakı və Sumqayıt şəhərlərində fəa..

    More details
  • "Şəhid Şəhər-Xocalı"

    Sumqayıt "İDRAK" liseyində Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunan divar qəzetləri və rəsm sərgisi hazırlanmışdır.

    ..

    More details
  • ..

    More details
  • Şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağla görüş

    08.02.2019-cu il tarixində Sumqayıt " İdrak" liseyində şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağla görüş keçirilmişdir.Tədbirin keçirilməsinin təşəbbüskarı liseyin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışov olmuşdur.

    ..

    More details
  • Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

    03.02.2019-cu il tarixində keçirilən Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi. Sumqayıt "İdrak" liseyinin idrakçıları İnformatika fənni üzrə 8-ci sinif şagirdi Əsgərov Əsgərəli, Riyaziyyat fənni üzrə 9-cu sinif şagirdi Nəbiyeva Aişə, Azərbaycan dili və Ədəbiyyat fənni üzrə isə 9-cu sinif şagirdi Xudadatova Nuray və 10-cu sinif şagirdi İsmayılova Nabat növbəti mərhələyə keçiblər. Hər birini təbrik edir..

    More details
  • 8 Mart Beynəlxalq Qadınlar Günü

    Sumqayıt İDRAK liseyində “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş tədbir keçirilib.

    ..

    More details
  • 1 mart - Ümumdünya Mülki Müdafiə Günü

    ..

    More details
  • “İDRAK” olimpiadasında iştirak et, güzəştli təhsil qazan!

    ..

    More details
  • "İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun təşəbbüsü ilə "İdrak" liseyində Namiq Məna ilə görüş keçirilib.

    Sumqayıt "İdrak" liseyində Namiq Mənanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

    ..

    More details
  • Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.

    ..

    More details
  • Riyaziyyat Gecəsi

    Sumqayıt " İdrak " liseyində "Riyaziyyat Gecəsi" keçirilib

    ..

    More details
  • Şagird qəbulu başladı

    ..

    More details
  • Əlifba bayramı

    I A sinif şagirdlərinin Əlifba bayramı. Artıq onlar sərbəst yazı yaza, üzdən səlist oxuya, rəqəmləri saya bilirlər. Bayramda maraqlı səhnəciklər qurulmuş, Azərbaycan və İngilis dilində şeirlər söylənmiş, mahnılar ifa edilmişdir.
    More details

  • İdrak liseyi Novruz bayramı

    Liseyimizdə müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi maraq doğuran Novruz şənliyi keçirilmişdir. Şənlikdə liseyin ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup müəllim və işçi heyyətini liseyin direktoru Respublikanın əməkdar müəllimi Fikrət Qasımov Fəxri fərmanla təltif etdi.
    More details

Təsisçi

Professor Mönsüm Ədil oğlu Alışov

“İdrak” liseyinin yaradıcısı və təsisçisi, tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim, pedaqoji elmlər doktoru.

      1954-cü ildə Qubadlının Çərəli kəndində anadan olub. 1971-ci ildə orta  məktəbi müvəffəqiyyətlə bitirərək əmək fəaliyyətinə elektrik montyoru kimi  başlayıb.

      1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat  fakültəsinə qəbul olunub.  1976-cı ildə institutu bitirərək təyinatla Qubadlı  rayonuna riyaziyyat müəllimi işləməyə göndərilib və müəllimlik fəaliyyətinə doğulub  boya-başa çatdığı Çərəli kənd orta məktəbində başlayıb.   

      1980-ci ildə Sumqayıt şəhərinə köçərək orada Üzvi Sintez İstehsalat Birliyində  mühəndis, mühəndis-riyaziyyatçı, Sumqayıt şəhər Maarif Şöbəsinin MTİK-da  proqramlaşdırma müəllimi, 12 saylı orta məktəbdə informatika müəllimi vəzifələrində çalışıb.

     1988-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Artıq 1990-cı ildə  həmin İnstitutunun Təlimin Texniki Vasitələri şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.

       1992-ci ildə onun təşəbbüsü ilə Sumqayıt Pedaqoji Seminariyası təsis edilib. Seminariya sonradan “Sumqayıt Özəl Orta İxtisas Kolleci” adlandırılıb və profili genişləndirilib.

      2001-ci ildə “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda elmi işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yüksəlib.

     Ümumtəhsil məktəblərində kompüter texnikasından, fizika və riyaziyyat fənlərinin tədrisi zamanı “problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasının nəzəri əsaslarını hazırlayıb.

    Respublikamızın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə müxtəlif illərdə 60-dan çox elmi-publisistik məqaləsi cap olunub. 2 monoqrafiyanın, 10 dərs vəsaiti və bir sıra metodik vəsaitlərin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008- ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

    2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib.    “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.

    2009–2016-cı illərdə eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin institutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professor olub.

     2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını  uğurla müdafiə edərək pedaqoji elmlər doktoru adını alıb. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya - kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.

    Onun təsis etdiyi “İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizmi sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014- cü il sentyabırın 15-də “İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.

    Yalnız “İdrak” liseyində tətbiq olunan innovativ layihə olan “Media dərslər”in müəllifidir. “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrədənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. “Media dərslər” layihəsi 2016-cı ildən etibarən “İdrak” liseyində uğurla tətbiq olunur.

    M. Alışov ailəlidir, 4 övladı var.

   Aşağıda “İdrak” liseyinin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışovun müəllifi və ya həmmüəlifi olduğu elmi əsərlərin adları ilə tanış ola bilərsiniz:

  1. M. Ə. Alışov FOKAL proqramlaşdırma dilinin öyrədilməsi “Fizika və riyaziyyat tədrisi məcmuəsi” Bakı, 1989-ci il, №2
  2. M. Ə. Alışov İnformatika və hesablama texnikasının əsasları fənninin tədrisinə dair. Bakı, “Nurlan” 1998-ci il metodik vəsait
  3. M. Ə. Alışov Kompüter təliminə ibtidai siniflərdən başlamalı, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, TN,ATPİ 1998-ci il, №4
  4. M. Ə. Alışov Kompüter təlimi və onun proqram təminatı, “Azərbaycan məktəbi” Bakı, Az.TNAPİ 1998-ci il №4
  5. M. Ə. Alışov Kompüter təliminə modullu yanaşma, informatika və HT-nın əsasları kursunda onun imkanlarının həyata keçirilməsi, APKİA və YH Baş İnstitutunun “Elmi əsərləri” bülleteni, Bakı,1998-ci il
  6. M. Ə. Alışov Təlim metodlarının inteqrasiyası, idrakı fəallaşdırma vasitəsidir, “XXI əsr: məktəb və psixologiya” mövzusunda elmi-praktik konfrans Bakı, BPKİYİ, 2000
  7. M. Ə. Alışov Kompüter texnikası ilə şagirdlərin təlim fəaliyyəti, “Azərbaycan məktəbi”, Bakı, TN 2000, №2
  8. M.Ə.Alışov, A.Quliyev, N.B.Nəsirov, İ.B.Əhmədov, M.S.Vəliyeva, A.Ə.Sadıqov, A.Q.Cəfərov Riyaziyyatdan test çalışmalarını necə həll etməli, Bakı, ADPU-2001
  9. M. Ə. Alışov Riyaziyyat və fizika fənlərinin tədrisi prosesində kompüterdən istifadə texnologiyasına dair, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi, Sumqayıt , monoqrafiya şəhər mətbəəsi, Bakı 2001
  10. M. Ə. Alışov, Ə.Pələngov, Q.Əliyev Informatika, Azərbaycan Respublikası Təhsil Nazirliyinin №1019, 30.12.2003-cü il tarixli əmri Sumqayıt, Zərdabi MMC. 2003 Metodik vəsait
  11. M. Ə. Alışov, Ə.Pələngov, Q.Əliyev Informatika BASİC və PASCAL proqramları üzrə praktik və nəzəri kurs, Bakı ADPU 2005 ,Dərs vəsaiti
  12. M. Ə. Alışov Riyaziyyat təlimində məzmunlu ümumiləşdirmə, “Fizika, Riyaziyyat və İnformatika tədrisi” Bakı, 2006, №4
  13. M. Ə. Alışov Təlimdə məzmunlu ümumiləşdirmə, “Azərbaycan məktəbi” Bakı, TN,ATPİ 2006 №6
  14. M. Ə. Alışov İnkişafetdirici təlim şəraitində həndəsə materialının mərhələli tədrisinə dair, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, 2006-cı il, №2
  15. M. Ə. Alışov Həndəsi biliklərin bünövrəsi ibtidai siniflərdə qoyulur, “İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, ARTNARTPİ 2007-ci il, №1
  16. M. Ə. Alışov İstedadlı şagirdlərlə işləyən müəllimlərin ixtisasının artırılmasına müasir yanaşma, “Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar və perespektivlər” I-beynəlxalq elmi konfrans, Bakı, BPKİYİ 2008-ci il
  17. M. Ə. Alışov Orta ixtisas məktəblərində təhsilin informatlaşması problemləri, «Təhsildə qloballaşma və İKT» Beynəlxalq E.P.K. mat. ADPU, Bakı-2008-ci il
  18. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunun tədrisi problemləri və onların həlli yolları, Bakı “Elm” 2009-cu il, Monoqrafiya
  19. Алышов М. А. Связь обучения геометрии в школе на современном этапе, «Новые технологии в образовании» журнала Воронеж, 2009 г. №6
  20. Алышов М. А. Применение метода «Геометрическое место точек» на уроках геометрии, Журнала науч. публик. аср. и док. Курск 2009 г. №11
  21. M. Ə. Alışov, M.Vəliyev Həndəsə məsələləri (planimetriya), Bakı “Elm” 2010-cu il, Dərs vəsaiti
  22. M. Ə. Alışov Həndəsənin əsas anlayışlarının məktəb kursunda yeri, Fizika, riyaziyyat və informatikanın tədrisi” jurnalı, Bakı, Təh.Naz.AMİ 2010, №1
  23. M. Ə. Alışov Həndəsi anlayışların təlimində təfəkkür əməliyyatlarının tətbiqi (I-VI siniflər), “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı, Bakı, Təh.Naz.AMİ 2010, №2
  24. M. Ə. Alışov Tədris prosesində qrafik-ölçmə işlərindən istifadə, “Azərbaycan məktəbi”, Bakı TN.ATPİ 2010-cu il №3
  25. M. Ə. Alışov Bağçayaşlı uşaqlarda həndəsə elementləri haqqında təsəvvürlərin formalaşdırılması, İbtidai məktəb və məktəbəqədər tərbiyə” Bakı, 2010-cu il, №2
  26. Алышов М. А. Научно-методические вопросы обучения геометрии в 1-6 классах, Украйна, Киевський обласний институт пислядипломна освити педагогичних кадров, «Народна Освита» (Електронно науково фахово видания) №3 (12), 2010
  27. Алышов М. А. Использование инновативных методов обучения в преподавании геометрии, «Инновация, качество образования и развитие», материалы, I-международной научной конференции, Баку-2010
  28. M. Ə. Alışov Həndəsənin anlayışları və aksiomatik qurulması haqqında, “Fizika, riyaziyyat və informatika tədrisi”, Bakı, 2011, №2
  29. Алышов М. А. Психологический аспект усвоения понятий подготовительного курса геометрии (I–VI классы), Украйна, «Освита на Луганщии», №1, (34) 2011
  30. M. Ə. Alışov Həndəsə məsələləri həllində isbatetmə elementlərindən istifadə (V-VI siniflər), ADPU, “Xəbərlər”,Bakı-2011-ci il, №1
  31. M. Ə. Alışov Həndəsi biliklərin verilməsində evristik yanaşmadan istifadə (V-VI siniflər), ARTPİ-nin “Elmi əsərlər”, Bakı-2011-ci il, №1
  32. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunun təlimində təfəkkür metodlarından istifadə (I-IV siniflər), “Elmi əsərlər” Bakı, BPKİYİ 2011 №1
  33. M. Ə. Alışov Həndəsənin propedevtik kursu tədrisinin nəzəri və praktik məsələləri, Bakı-“Elm”-2011
  34. M. Ə. Alışov Həndəsənin hazırlıq kursunda sahə anlayışlarının öyrədilməsinə dair (IV-VI siniflər), “Azərbaycan  məktəbi”, Bakı, TN 2011, №1
  35.  Алышов М. А. Подготовлф учащихся начальных классов к изучению геометрического материала в V-Vİ класс, Мирзо Улугбек номидаги Узбекистан Миллий Университетининг Илмий Журнали, Тошкент 2011.
  36. Алышов М. А. Понятие величины в школьном курсе математики (V-VI классы), Казахстан, «Достояние нации» № 3 за 2011 г
  37. Ə. Alışov Informasiya-kommunikasiya texnologiyalarının riyaziyyat təlimində rolu və yeri, “Təhsildə İKT” ADPU, 2011, №3
  38. M. Ə. Alışov  İbtidai siniflərdə riyaziyyat fənninin “ölçmələr” məzmun xətti haqqında, “Təhsildə İKT” ADPU, 2011, №4
  39. M. Ə. Alışov , I-IV siniflərdə həndəsə materialı məzmun xəttinin qurulması prensipləri, “Fizika, riyaziyyat və informatika tədrisi”, Bakı, 2012, №1
  40. M. Ə. Alışov, İ-Vİ siniflərdə həndəsə materialı təlimində müxtəlif yanaşmalar, “Xəbərlər”, NMİ, 2012, №1
  41. M. Ə. Alışov, Təlimin metodik məsələləri: həndəsənin hazırlıq kursu. Müasir təlim metodları və prensiplərinin komputer texnologiyaları əsasında qurulması. “Azərbaycan məktəbi”, Yanvar-Fevral, №1 (647), 2012
  42. Алышов М. А. Сущность, проблемы и способы реализации содержательной линии «измерения» в началных классах на уроках математики, Украйна, “IННОВАЦIЙНI ТЕХНОЛОГIİ У ПРОФЕСIЙНОМУ РАЗВИТКУ ПЕДАГОГIЧНИХ ПРАЦIВНИКIB ТА КЕРIВНИКIВ ЗАКЛАДIВ ОСВIТИ”2012
  43. M. Ə. Alışov, İbtidai siniflərin informatika dərslərində öyrədici komputer oyunlarının didektik funksiyaları, “Təhsildə İKT” ADPU, 2012, №3
  44.  M. Ə. Alışov, Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə, Bakı, 2015.
  45. M. Ə. Alışov, M.S.Xəlilov, Windows 7, MS Office 2013, Bakı Universiteti Nəşriyyatı, Bakı, 2016.
  46. M. Ə. Alışov, A.Ə. Əliyeva, M.S.Xəlilov, MS Office 2010, Bakı Universiteti Nəşriyyatı, Bakı, 2017.
  47. M. Ə. Alışov, M.S.Xəlilov Windows 7, MS Office 2013, dərs vəsaiti, Bakı, 2017.
Top