
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi
03.02.2019-cu il tarixində keçirilən Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi. Sumqayıt "İdrak" liseyinin idrakçıları İnformatika fənni üzrə 8-ci sinif şagirdi Əsgərov Əsgərəli, Riyaziyyat fənni üzrə 9-cu sinif şagirdi Nəbiyeva Aişə, Azərbaycan dili və Ədəbiyyat fənni üzrə isə 9-cu sinif şagirdi Xudadatova Nuray və 10-cu sinif şagirdi İsmayılova Nabat növbəti mərhələyə keçiblər. Hər birini təbrik edir, biliklər aləmində daha da yüksək zirvələr fəth etmələrini arzulayırıq. Uğur olsun!
Azərbaycan dili və Ədəbiyyat müəllimi : Sadatova Şəfiqə
Riyaziyyat müəllimi : Məhərrəmov Vüqar
İnformatika müəllimi : Məhərrəmova Gülanə