• 100 % NƏTİCƏ

    Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən “İdrak“ liseyi bu ildə öz ənənəsinə sadiq qalaraq, ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərdi.
    Bakı və Sumqayıt şəhərlərində fəa..

    Daha ətraflı
  • SON ZƏNG 2017

    “İDRAK” məzunlarını qürurla yola salır
    Sumqayıt İDRAK liseyində “İDRAK”-dan başlanan işıqlı yola adlı son zəng tədbiri keçirilib.
    Daha ətraflı

  • Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.

    Dövlət himninin sədaları altında dövlət bayrağı və “İdrak” liseyinin bayrağı  qaldırıldı. Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi , pedaqoji elmlər doktoru professor Mönsüm Alışov şagirdləri və  valideynləri, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. İlk dəfə məktəbə qədəm qoyan şagirdlərə yeni başladıqları dərs  ilində uğurlar arzuladı. O, ölkə prezidenti cənab  İlham Əliy..

    Daha ətraflı
  • Sınaq imtahanları 2017-2018

    "İdrak" liseyində 2017-2018-ci tədris ilində keçiriləcək sınaq imtahanları.

    ..

    Daha ətraflı

Haqqımızda

            2008-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən "İdrak" liseyi şəhərimizin ilk milli özəl məktəbidir. 
        Yaşıllıqlarla əhatə olunmuş geniş həyətyanı sahəyə malik olan lisey S.Vurğun küçəsi 2. ünvanında yerləşir. Lisey binası DİN-nin xüsusi əməkdaşları tərəfindən 24 saat mühafizə olunur. Binanın həyətində yerləşən müasir tələblərə cavab verən mini futbol meydançası şagirdlərin sevimli məkanlarındandır. Binaya daxil olarkən ilk olaraq qarşımıza çıxan "Fidan" məktəbəhazırlıq qrupu öz rahat otaqları, rəngarəng avadanlıqları, mehriban və peşəkar personalı ilə 5 yaşlıların xidmətindədir. Liseyin məktəbəhazırlıq proqramını keçən uşaqlar liseyimizin qəbul imtahanında uğurla iştirak edirlər, lisey həyatına çox tez və asan adaptasiya olunurlar. Proqram savad təlimi, riyaziyyat, ətraf aləmlə tanışlıq, informatika, ingilis-dili və rus-dili məşğələlərini əhatə edir. Məşğələlər oyun formasında təşkil olunur. Uşaqlar eyni zamanda musiqi, idman, şahmat, rəqs kimi fəaliyyətlərlə də məşğul olur, vaxtaşırı müxtəlif tədbirlərdə və ekskursiyalarda da iştirak edirlər.
      Müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları , laboratoriyalar və zəngin kitabxana, şagirdlərimizə səmərəli öyrənmə mühiti yaratmaq üçün geniş imkanlar açır.
     Peşəkar müəllimlər tərəfindən tədris olunan və arxivləşdirilən media dərslər vasitəsilə şagirdlər evdə müəllimlərin izahını dəfələrlə izləyə və dinləyə bilirlər. Beləliklə dərs prosesi 45 dəqiqənin hüdudlarını aşmış olur.
        Əsas məqsədimiz uşaqların hərtərəfli inkişafına nail olmaq , onlarda özünəinam hissi formalaşdırmaqdır. Liseyin həftəlik fəaliyyət planına daxil edilən əlavə məşğələlər (rəsm, rəqs, şahmat, idman, musiqi və s. ) məhz bu məqsədə xidmət edir. Bütün şagirdlərin fərdi inkişaf dinamikası izlənir, vaxtaşırı onların psixoloji durumu və intellektual səviyyəsi yoxlanılır və təlim-tərbiyə işinin təşkilində hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətləri nəzərə alınır. Bununla yanaşı problemləri aradan qaldırmaq üçün səviyyə məşğələləri təşkil olunur.
          Sistematik, davamlı və keyfiyyətli tədris prosesi bizə ali məktəblərə 100%-lik qəbul zəmanəti vermək imkanını yaradır.
         Hər il liseyimiz yeni şagirdlərə qucaq açır. Onlar bu gözəl tədris ocağında xoşbəxt böyüyür, maraqlı məktəb həyatı yaşayırlar. Asudə vaxtlarında təşkil olunan maraq dairələrini əhatə edən məşğuliyyətlər, inkişafetdirici trennqlər, tədbirlər, gəzinti və ekskursiyalar onların həyatını daha maraqlı edir, dünyagörüşlərini zənginləşdirir. Qəbul etdiyimiz hər bir şagird bizim üçün yeni bir kəşf, yeni bir nailiyyətdir. Məzun etdiyimiz və universitetlərdən xoş sorağını eşitdiyimiz tələbələrsə bizim fəxrimizdirlər.
Top