• 100 % NƏTİCƏ

    Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən “İdrak“ liseyi bu ildə öz ənənəsinə sadiq qalaraq, ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərdi.
    Bakı və Sumqayıt şəhərlərində fəa..

    Daha ətraflı
  • "Şəhid Şəhər-Xocalı"

    Sumqayıt "İDRAK" liseyində Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunan divar qəzetləri və rəsm sərgisi hazırlanmışdır.

    ..

    Daha ətraflı
  • Şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağla görüş

    08.02.2019-cu il tarixində Sumqayıt " İdrak" liseyində şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağla görüş keçirilmişdir.Tədbirin keçirilməsinin təşəbbüskarı liseyin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışov olmuşdur.

    ..

    Daha ətraflı
  • Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

    03.02.2019-cu il tarixində keçirilən Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi. Sumqayıt "İdrak" liseyinin idrakçıları İnformatika fənni üzrə 8-ci sinif şagirdi Əsgərov Əsgərəli, Riyaziyyat fənni üzrə 9-cu sinif şagirdi Nəbiyeva Aişə, Azərbaycan dili və Ədəbiyyat fənni üzrə isə 9-cu sinif şagirdi Xudadatova Nuray və 10-cu sinif şagirdi İsmayılova Nabat növbəti mərhələyə keçiblər. Hər birini təbrik edir..

    Daha ətraflı
  • 8 Mart Beynəlxalq Qadınlar Günü

    Sumqayıt İDRAK liseyində “8 Mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş tədbir keçirilib.

    ..

    Daha ətraflı
  • 1 mart - Ümumdünya Mülki Müdafiə Günü

    FHN-in Sumqayıt Regional Mərkəzi “İdrak” Liseyi-Sumqayıtda 
    1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirib

    Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin üzvləri, Liseyin müəllim və şag..

    Daha ətraflı
  • “İDRAK” olimpiadasında iştirak et, güzəştli təhsil qazan!

    “İDRAK” olimpiadasında iştirak et, 
    güzəştli təhsil qazan!

    Tarix: 15.04.2018

    Əlaqə nömrələri: (+994 18) 655-59-73
    (+994 50) 761-30-60
    (+994 55) 895-51-73
    Ünvan: Sumqayıt ş. S.Vurğun küçəsi 2
    Daha ətraflı

  • "İdrak" liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun təşəbbüsü ilə "İdrak" liseyində Namiq Məna ilə görüş keçirilib.

    Sumqayıt "İdrak" liseyində Namiq Mənanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

    ..

    Daha ətraflı
  • Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.

    Dövlət himninin sədaları altında dövlət bayrağı və “İdrak” liseyinin bayrağı  qaldırıldı. Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi , pedaqoji elmlər doktoru professor Mönsüm Alışov şagirdləri və  valideynləri, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. İlk dəfə məktəbə qədəm qoyan şagirdlərə yeni başladıqları dərs  ilində uğurlar arzuladı. O, ölkə prezidenti cənab  İlham Əliy..

    Daha ətraflı
  • Riyaziyyat Gecəsi

    Sumqayıt " İdrak " liseyində "Riyaziyyat Gecəsi" keçirilib

    ..

    Daha ətraflı
  • Şagird qəbulu başladı

    ..

    Daha ətraflı
  • Əlifba bayramı

    I A sinif şagirdlərinin Əlifba bayramı. Artıq onlar sərbəst yazı yaza, üzdən səlist oxuya, rəqəmləri saya bilirlər. Bayramda maraqlı səhnəciklər qurulmuş, Azərbaycan və İngilis dilində şeirlər söylənmiş, mahnılar ifa edilmişdir.
    Daha ətraflı

  • İdrak liseyi Novruz bayramı

    Liseyimizdə müəllimlərin, şagirdlərin və valideynlərin iştirak etdiyi maraq doğuran Novruz şənliyi keçirilmişdir. Şənlikdə liseyin ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup müəllim və işçi heyyətini liseyin direktoru Respublikanın əməkdar müəllimi Fikrət Qasımov Fəxri fərm..

    Daha ətraflı

Sumqayıt “İdrak” liseyində “Bilik Günü” qeyd edildi.

Dövlət himninin sədaları altında dövlət bayrağı və “İdrak” liseyinin bayrağı  qaldırıldı. Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi , pedaqoji elmlər doktoru professor Mönsüm Alışov şagirdləri və  valideynləri, müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. İlk dəfə məktəbə qədəm qoyan şagirdlərə yeni başladıqları dərs  ilində uğurlar arzuladı. O, ölkə prezidenti cənab  İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri  böyük diqqət nəticəsində bu sahədə baş verən inkişafdan bəhs etdi.

Mönsüm müəllim həmçinin yola saldığımız dərs ilindəki nailiyyətlərdən danışdı. O, qeyd etdi ki, “İdrak” liseyinin məzunları hər il olduğu kimi yenə də 100% qəbul nəticəsi göstərərək respublikamızın ən nüfuzlu universitetlərinin tələbəsi adını qazanmışlar. Belə ki, məzunlarımızdan Sadatlı Ləman (679 bal) Azərbaycan Dillər Universitetinin Filologiya, Əzizova Samirə (662 bal) Azərbaycan Dillər Universiteti Tərcüməçilik,  Şəmilov Rəhman (585 bal) Bakı Dövlət Universiteti Hüquq, Əlkərəmov Murad  (550 bal)  Naxçıvan Dövlət Universiteti Hüquq fakültəsinə və s. qəbul olunmuşlar. Bu məzunlar ibtidai sinifdən Sumqayıt “İdrak” liseyində təhsil almışlar. Heç şübhəsiz ki, bütün bunlar “İdrak” liseyində çalışan yüksək peşəkarlığa malik, istedadlı və qabaqcıl müəllimlərin ardıcıl işinin nəticəsidir.

Məzun  Sadatlı Ləmanın valideyni Şəfiqə xanım çıxış edərək rəhbərliyə və pedaqoji kollektivə təşəkkürünü bildirdi.

        Tədbirdə iştirak edən Sumqayıt Təhsil Şöbəsinin müdiri dosent Nizami Namazov              , millət vəkili Tahir Rzayev və tanınmış təhsil eksperti Nadir İsrafilov  başda Mönsüm müəllim olmaqla liseyin müəllim-şagird kollektivini  təbrik etdilər və bu liseyin nəinki Sumqayıt şəhərinin eləcə də Respublikanın sayılıb-seçilən, qabaqcıl təhsil müəssisəsi olduğunu vurğuladılar.

         Daha sonra liseyin şagirdlərinin ifasında maraqlı rəqslər, mahnılar, şeirlər təqdim edildi.

Qeyd olundu ki, Təhsil Naziri Mikayıl Cabbarovun  sərəncamına əsasən gənclərə vətənpərvərlik  hisslərinin aşılanması məqsədilə   liseydə  ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaqdır. Tədbirə dəvət olunmuş incəsənət nümayəndələri tərəfindən vətənpərvərlik mövzusunda musiqilər təqdim edildi.

 Sonda ilk zəngin çalınması ilə yeni dərs ili başladı.

 

Top