MƏKTƏBƏQƏDƏR TƏHSİL

MƏKTƏBƏQƏDƏR TƏHSİL

Məktəbəqədər təhsil

İdrak Liseyində məktəbəqədər təhsil uşaqların intellektual, fiziki, sosial və yaradıcı inkişafını dəstəkləməyə, onları məktəb həyatına hazırlamağa yönəlir. Məşğələlər uşaqların yaş xüsusiyyətləri, fərdi bacarıqları və maraqları nəzərə alınmaqla təşkil olunur. Oyunlar, yaradıcı tapşırıqlar və praktik fəaliyyətlər vasitəsilə onların öyrənməyə marağı, özünəinamı və ünsiyyət bacarıqları inkişaf etdirilir.

Məktəbəqədər təhsil pilləsində məşğələlər aşağıdakı istiqamətləri əhatə edir:

1. Məntiqi və riyazi təfəkkürün inkişafı
2. Savad təliminə hazırlıq və nitqin inkişafı
3. Ətraf aləmlə tanışlıq
4. Bədii təfəkkürün inkişafı
5. Xarici dil — ingilis dili
6. Azərbaycan dili — dövlət dili kimi
7. İnformatika
8. Təsviri fəaliyyət
9. Fiziki mədəniyyət
10. Musiqi

Təlim prosesində əyani vəsaitlərdən, interaktiv tapşırıqlardan və yaşa uyğun elektron resurslardan istifadə olunur. Uşaqlar ilkin oxu, yazı və riyazi bacarıqlara hazırlaşır, ətraf aləmi tanıyır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirlər. Birgə məşğələlər zamanı paylaşmağı, bir-birini dinləməyi, qaydalara əməl etməyi və əməkdaşlıq etməyi öyrənirlər.

Məqsədimiz uşaqların özlərini rahat ifadə etdikləri, həvəslə öyrəndikləri bir mühit yaratmaq və onların ibtidai təhsilə inamla başlamasına dəstək olmaqdır.

Sən oxuma, dinlə

Sən özünü yorma, süni intellekt sənin üçün səsləndirsin.

00:00:00
Süni intellekt məsləhətçisi Süni intellekt məsləhətçisi

Məsləhətçiniz

Həmişə aktiv

Salamlar! 👋 Sizə necə kömək edə bilərəm?
website.virtual_tour_modal_title

website.virtual_tour_loading