18 Oktyabr Milli Müstəqillik Günü
Sumqayıt İdrak liseyində 18.10.2019-cu il tarixində Dövlət Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Dövlət Müstəqillik Günüylə əlaqədar hazırlanmış sənədli filmin təqdimatından sonra təbrik nitqi ilə liseyin Tədris İşləri üzrə Direktor Müavini Məmməd Məmmədli çıxış etdi. 4-cü və 5-ci sinif şagirdlərindən ibarət xor Azərbaycan haqqında mahnıları həvəslə ifa etdilər. Vətənə və müstəqilliyə həsr olunmuş şeirlər də maraqla qarşılandı. Daha sonra "Babək" filmindən fragmentlər nümayiş olundu. Liseyimizin Tarix müəllimi Samir Qasımov Azərbaycanın müstəqillik tarixindən söhbət açdı. Alqışlarla qarşılanan çıxışlardan biri də Rəqs dərnəyinin üzvlərinin çıxışı oldu. Tədbir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sözləri ilə tamamlandı: -"Bu günkü Azərbaycan, Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil yaşasın."