ARDI..
Azərbaycan üçün kimdir?" sualına öz münasibətlərini bildirdilər. Şairin ana dilində yazdığı əsərlərinə "Dəhnamə", "Nəsihətnamə" məsnəvilərinin, "Ayrılıq" qəzəlinin iseya və məzmun xüsusiyyətlərinə toxunuldu.Şairin həcm və xüsusiyyətcə ən böyük əsəri "Dəhnamə" məsnəvisidir. "Dəhnamənin Bahariyyə adlanan hissəsindən əzbər şeirlər söylədilər. Ş.İ.Xətainin xalqımızın qarşısında gördüyü ən böyük işi Azərbaycan dilinin dövlət dili kimi böyük bir statusun verilməsi idi. Məhz o dövr üçün böyük bir addım olan dövlət dili məsələsi gələcək dövlətçiliyimizdə də mühüm rol oynadı.
Təqdimatın əvvəlində qoyulmuş suala sonda belə nəticə verdilər. Ş.İ.Xətai ilk dəfə olaraq Azərbaycanı vahid halda birləşdirdi. Xalqımızın yadellilərə qarşı mübarizədə dövlətçilik ənənələrinin inkişafı yolunda bir çox uğurlu addımlar atdı.
Təqribən 3 mln km2 olan 2 qitəni əhatə edən güclü bir dövlət yaratdı. Ədəbiyyatımızın inkişafında əvəzsiz rol oynadı.
Sonda əsası Ş.İ.Xətai tərəfindən qoyulmuş türk dilinin rəsmi dövlət dili elan olunması, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən dətəsdiq olunmuş. 1995-ci ildə Konstitutsiyamızın 21-ci maddəsində öz əksini tapır. Konstitutsiyada deyilir: " Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dildir, Azərbaycan Respublikası Azərbayacan dilinin inkişafının təmin edir."