Haqqımızda

“İdrak” liseyi S.Vurğun küçəsi 2 ünvanında yerləşir. Lisey
binası DİN-nin xüsusi əməkdaşları tərəfindən mühafizə olunur.Məktəbə kənar
şəxslərin girişi qadağandır. Liseyin həyətində yol boyunca becərilmiş göz oxşayan
bitkilər, həmişəyaşıl ağaclar, çarhovuz, kiçikyaşlı məktəblilər üçün hazırlanmış
attraksionlar, məktəb binasındakı səliqə-sahman bura gələnləri duyğulandırır.
Lisey üçmərtəbəli binada yerləşir. Binanın birinci mərtəbəsində
yerləşən “Fidan” məktəbə hazırlıq qrupu, yeməkxana, həkim otağı və kitabxana,
oxu zalı şagird və müəllimlərin xidmətindədir.
Yeməkxanada şagirdlər gündə üç dəfə sağlam qida ilə təmin olunurlar.
Yeməkxanada sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunur. Liseyin pediatr-
həkiminin tərtib etdiyi menyuda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınır.
Onların sağlam böyüməsi və normal inkişafı üçün zəruri olan ərzaqlardan istifadə
olunur. Buna görə də xörəklərin hazırlanmasında süd və süd məhsulları, ət və ət
məhsulları, müxtəlif karbohidratlar, zülallar, meyvə və tərəvəzlər geniş yer tutur.
Şagirdlərin sağlamlığına nəzarət edən, onların vaxtaşırı müayinədən keçirən
tibbi personalın xidməti də diqqətəlayiqdir. Məktəblilər vaxtlı-vaxtında peyvənd
olunur, lazımi dərman preparatları ilə təmin edilirlər. Əgər şagirdlərdən birində
yoluxucu xəstəlik əlamətləri aşkar edilərsə, vaxtında digər şagirdlərdən izolyasiya
edilir və müalicəyə cəlb olunur.
Binanın II və III mərtəbələrində isə idman zalı və müxtəlif fənn kabinələri
var. Geniş, işıqlı və müasir avadanlıqlarla təchiz edilmiş linqofon otağı, hər cür
lazımi əyani vəsait, sxem və şəkillərlə təmin olunmuş fənn kabinələri, kompyuter
otağı yüksək keyfiyyətli təhsilin təminatıdır.
“İdrak” liseyinin ən üstün keyfiyyətlərindən biri onun güclü
müəllim kollektivinə malik olmasındadır. Burada fəaliyyət göstərən müəllimlər
şəhərimizin ən nüfuzlu, istedadlı müəllimləridir. Onların hər biri, demək olar
ki, öz işinin peşəkarıdır. Bu müəllimlərin əksəriyyəti Azərbaycan Müəllimlər
İnstitutunun Dayaq məntəqələrinin rəhbərləri üçün təşkil olunmuş “Öyrədənlərin
öyrədilməsi” proqramı üzrə 3 mərhələli təlim kursunu bitirərək “Öyrədən”
statusunu qazanmış və ən müasir layihələrin icrasında iştirak edə biləcək səviyyəyə
çatmışlar. Müəllimlərimiz davamlı olaraq yeni fənn kurikulumlarının tətbiqi
sahəsində təlim kurslarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdirirlər.
Onların içərisində Milli Kurikulum əsasında hazırlanmış dərslik komplektlərinin
qiymətləndirmə komissiyasının üzvü olan müəllimlər də var.
Liseyimiz fəaliyyət göstərdiyi 4 il ərzində məktəb xeyli problemlər üzərində
işləmiş, tədrisin keyfiyyətini yüksəltmək sahəsində maraqlı tədbirlər həyata
keçirmişdir. ”Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün
inkişafı” problemi isə daim preoritet məsələlərdən olmuşdur.
Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya, ingilis dili, rus dili,
tarix, coğrafiya və məntiq fənlərinin tədris keyfiyyəti hər yarımildə öyrənilərək
üstünlüklər və problemlər araşdırılır, müəllimlərə göstəriş və məsləhətlər verilir,
tədrisin keyfiyyəti daim yaxşılaşdırılır. Sinifdənxaric və məktəbdənkənar
tədbirlərin kecirilməsi sayəsində şagirdlərin təhsilə marağı artır, dünyagörüşü
durmadan inkişaf edir. Liseyin fəaliyyətə başladığı gündən davamlı olaraq
keçirilən mədəni kütləvi tədbirlərdə ( “20 Yanvar Hüzn Günü”, “31 Mart
Azərbaycanlıların Soyqırımı Günü”, Dağlıq Qarabağın və ətraf rayonların işğalı
ilə bağlı keçirilən disput, debat, təlim və s.) şagirdlərimizə vətənpərvərlik hissi
aşılanır, düşmənlə əsl mübarizənin məhz yüksək savada yiyələnməkdən başlanması
fikri təbliğ olunur. Şagirdlərin öz bilik və dünyagörüşlərini artırmaları prosesinə
marağı gücləndirmək məqsədilə hər il məktəbdaxili olimpiadalar təşkil olunur.
Qaliblər şəhər və respublika turlarına göndərilir. Bu dərs ilində liseyimizin 10-
cu sinif şagirdləri Ülvi, Amin, Şəfəq, 7-ci sinif şagirdi Sirac 1-ci və 2-ci yerləri
tutaraq müxtəlif mükafatlara layiq görülmüşlər. Artıq 4 ildir ki, yuxarı sinif
şagirdlərimiz “İNEPO” Avroaziya müsabiqəsində uğurlu layihələrlə iştirak etmiş,
şagirdlərimizdən Ülvi(2009-cu il) və Elşən(2012-ci il) bürünc, Amin isə (2011-ci
il) qızıl medala layiq görülmüşlər.
9-cu sinif şagirdi Qasımova Zərintacın yazdığı inşa 2011-2012-ci dərs ilində
Sumqayıt Təhsil Şöbəsinin nəşr etdirdiyi “Prezident Sumqayıt uşaqlarının gözü
ilə” adlı kitabında dərc edilmişdir.
Bütün bu uğurlar işıqlı perspektivdən xəbər verir. Lakin bununla belə
qarşımıza bir sıra problemlər də çıxır ki, bu da bizi durmadan işləməyə və daim
düşünülmüş, strateji addımlar atmağa təhrik edir. Gələcəklə bağlı planlarımızda
iddialı və israrlıyıq. Yeni dərs ilində qarşımızda liseyin şagird kontingentinin
sayının artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər arasında
aşağı qiymətalma hallarına son qoyulması, ev tapşırıqlarının icrasında şagird
müstəqilliyinin və sərbəstliyinin artırılması, istedadlı şagirdlərlə işin təşkili,
qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, şagirdlərin asudə vaxtının səmərəli
təşkili və s. kimi vacib məsələlər durur.
Təhsilin keyfiyyətlini artıran məqamlardan biri də vaxtın düzgün
bölüşdürülməsidir. Günün birinci yarısında Təhsil Nazirliyinin təsis etdiyi proqram
əsasında təşkil olunmuş dərslərdə iştirak edən şagirdlər saat 16.15–dən saat 17.00–
dək öz maraq və bacarıqlarına uyğun əlavə məşğələlərdən yararlana bilərlər. Bura
şahmat, rəssamlıq , voleybol, futbol və rəqs dərnəkləri aiddir.
Şagirdlərin dünyagörüşünü artırmaq məqsədi ilə tətil zamanı onların
respublikamızın ayrı-ayrı rayonlarına, xüsusi əhəmiyyət daşıyan görməli yerlərə
aparılması da məktəb tərəfindən təşkil olunur. İyun ayının 1-dən etibarən “Yay
məktəbi” fəaliyyətə başlayır. Bir ay ərzində mütəxəssislər tərəfindən tərtib
olunmuş, şagirdlərin asudə vaxtının səmərəli təşkili və dünyagörüşünün artırılması
məqsədinə xidmət edən proqram-layihə həyata keçirilir. Proqramda şagirdlərin
təlim-tərbiyəsinə xidmət edən əyləncəli tədbir və təmrinlər, maraqlı gəzintilər və s.
öz əksini tapmışdır.
“İdrak” liseyi keyfiyyətli təhsil almaq arzusunda olanların bu niyyətini
dəstəkləyir və bu yolda onlara uğurlar arzulayaraq öz xidmətlərini təklif edir.
Bu il liseyimizin 32 şagirdi ili “əla” qiymətlərlə başa vurmuşdur.
Birinci siniflərdə təhsil alan 18 nəfər şagirddən 16-sı “əla”, 2-si isə “əla”
və “yaxşı” qiymətlərlə ilə tamamlamışdır.