Alışov Mönsüm Ədil oğlu
Alışov Mönsüm Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirib, ilk əmək fəaliyyətinə elektrik montyoru kimi başlamışdır. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin institutu bitirmişdir. 1976-cı ildən Azərbaycan Respublikası Maarif Nazirliyinin əmri ilə Qubadlı rayonuna riyaziyyat müəllimi işləməyə təyinat almışdır. 1980-cı ilə kimi Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçmüşdür. Sumqayıt Üzvü Sintez Birliyində mühəndis, mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir.
M.Alışov ümumtəhsil məktəblərində kompyuter texnikasından istifadə etməklə fizika və riyaziyyat fənlərinin tədrisi zamanı “problemli-modullu təlim” texnologiyasından istifadə etməklə şagirdlərdə idrak fəaliyyətinin yüksəldilməsi metodikasını vermişdir. “Problemli-modullu təlim” metoduna:-“problemli-təlim”, “modullu təlim” və “sıxlaşdırma” nəzəriyyələrinin qarşılıqlı əlaqəliliyi şəraitində həmin metodların inteqrasiyası nəzəriyyəsini əsaslandırılmışdır.
2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusundakı doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
Tədqiqat ilk dəfə olaraq, həndəsənin hazırlıq kursu (I-VI siniflər) məzmununun sistemi, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının elektron hesablama vasitələrinin kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.
M.Alışov 1980-ci illərdə respublikamızın məktəblərində “İnformatika” fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcədə kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədi ilə müxtəlif zamanlarda 30-dan çox elmi publisistik məqalələrlə mətbuatda çıxış etmişdir. M.Alışov 2008- ci ildə "Qızıl qələm"media mükafatına layiq görülmüşdür.
M. Ə. Alışov SDU-nin İnformatikanın tədrisi metodikası kabinetinin dosentidir.
Hal-hazırda M. Ə. Alışov 2009-cu ildən Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun elmi işlər üzrə prorektorudur. Ailəlidir, 4 övladı var.
M.Alışov aşağıda adları göstərilən elmi əsərlərin o cümlədən 2 monoqrafiyanın, 3 dərs vəsaitinin, 3 metodik vəsaitin müəllifi və ya həmmüəlifidir;