"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
İdarə heyəti

 
Alişova Xanım Əli - Direktor

Alışova Xanım Əli qızı 1959-cu ildə Sumqayıt şəhərində anadan olub.1976-ci ildə Sumqayıt şəhər 15 saylı orta məktəbini bitirib .  Bakı Ali Qızlar Seminariyasının Pedoqogika və Psixologiya ixtisası üzrə ali təhsil alıb . Əmək fəaliyyətinə 1993-cü ildə Sumqayıt Pedaqoji Seminariyasında müəllimliklə fəaliyyətə başlamışdır.
2004-2010-cu illərdə Sumqayıt Pedoqoji Seminariyasında tədris hissə müdiri işləmişdir
2010-cu ildən isə Sumqayıt "İdrak"  liseyinin direktorudur. Ailəlidir. Dörd övladı var.
 

Butayeva Sevda - Tədris işləri üzrə direktor müavini

Butayeva Sevda İzacəddin qızı 1964-ci il aprelin 1-də аnadan olmuşdur
1971-1981-ci illərdə Sumqayıt şəhər 17 saylı orta  məktəbində oxumuşdur
1982-1983-ci illərdə AZ,BYZ işləmişdir. 1983-ci ildə S.M.Kirov adına ADU-in mexanika -riyaziyyat fakultəsinə daxil olmuşdur .
1989-1996-ci ilədək 29 N-li orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.1996/2000 –ci illərdə N.Gəncəvi adına TTEL-də riyaziyyat müəllimi ilə yanaşı tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2008-ci ildən «İdrak» liseyində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyir.

Həziyev Natiq Əli oğlu - baş mühasibatçı

Həziyev Natiq Əli oğlu 1966-cı ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1984-ci ildə orta məktəbi bitirib,  həmin ili Azərbaycan Neft Kimya İnstitutunun Avtomatika fakültəsinə qəbul olmuş, 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1991-ci ildə həmin institutu bitirmiş və təyinatla Sumqayıt Elektrikdəstləşdirmə zavodunda təchizatçı mühəndis işləmiş. 1994-cü ildən Sumqayıt Özəl Orta İxtisas Kollecində mühasib –xəzinadar, 2005-ci ildən 2009-cu ilə qədər baş mühasib işləmişdir. 2009-cu ildən “İdrak” liseyinin baş mühasibidir.

 

 

  təşkilatçı

 


Rüstəmov İsa Allahverdi oğlu - IKT üzrə direktor müavini

1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə  29 N-li məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2005-ci ildə Sumqayıt Dövlət Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinə daxil olmuşdur. 2005-2006 cı illərdə StarCom kompyuter şirkətində İT mütəxəssis, 2009-2011-ci illərdə P.L.Z. MMC korporativ şirkətində İT mütəxəssis vəzifəsində çalışıb. 2010-cu ildə "HUAWEI"  Çin  şirkəti tərəfindən  keçirilən tədbirlərdə , konfranslarda iştirak edib. 2013-cü ildə Elektron Təhsil Müsabiqəsində "Təhsildə internet resusrları" nominasiyasına görə Təhsil Nazirliyi tərəfindən fərqlənmə diplomuna layiq görülüb. 2010-cu ildə "İdrak" liseyində kompüter mütəxəssisi vəzifəsində çalışıb. Hal-hazırda "İDRAK" liseyində İKT üzrə direktor müavini vəzifəsində işləyir.

 

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71