"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Asudə vaxtımız

01.06.15 10:59

31.05.2015 tarixində "İdrak" liseyinin şagirdləri, müəllim kollektivi və valideynlər Azərbaycanın ən gözəl güşələrindən biri olan Quba şəhərinə ekskursiyaya getmişdir. Əyləncə ilə öyrənmə, istirahətlə bilik artırma proseslərini özündə birləşdirən bu ekskursiya zamanı şagirdlər həm bölgənin tarixi və ekologiyası haqqında qısa məlumat topladılar həm də uşaqlar arasında maraqlı viktorinalar keçirildi. Eyni zamanda şagirdlər Quba Soyqırımı Memorial Kompleksində oldular, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın əyani şahidi olurlar.

22.05.15 19:14

22 May 2015-ci il tarixində "İdrak" liseyin 3-cü sinif şagird və müəlim heyəti ilə birgə  Qobustan dövlət qoruğuna ekskursiyaya getdilər. Ekskursiya həm müəllimlər, həm də şagirdlər üçün olduqca maraqlı keçdi. Şagirdlər öncə Qobustan dövlət qoruğundakı muzeyi gəzərək Qobustan qayalarının tarixçəsi haqqında məlumat əldə etdilər. Muzey çox gözəl dizayn edilmişdi. Muzeyin hər bir bölməsi bir ayrı gözəl idi. Bir sözlə keçmiş və müasir dövr bir məkanda cəmlənmişdi. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılmış, döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini eks etdirən işıq şüalarından ibarət təsvirlər salınmışdı. Şagirdlərimiz məlumat monitorlarından istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular. Muzeylə tanışlıqdan sonra şagirdlər Qobustan qayalarını gəzdilər və qədim insanların qayalar üzərindəki əl izləri ilə daha yaxından tanış oldular. Ekskursiya boyunca hər kəs özünə maraqlı olan çoxlu şəkillər çəkdirdi.

Ekskursiyadan şəkillər..

06.06.14 11:56

06 İyun 2014 cü il tarixdə Sumqayıt Dram teatrının aktyorları liseyimizin qonağı oldu. Onlar şagirlərimizə asudə vaxtlarında çox gözəl tamaşa nümayiş etdirdilər. Sonda şagirdlərimizlə birgə yallı rəqs etdilər. 
Görüşdən olan şəkilləri izləyin...
 
 

25.05.14 10:01

 24 May 2014-cü il tarixində "İdrak" liseyin şagird və müəllim heyəti Şəki rayonuna gəzintiyə getdilər. Azərbaycanın gözəl və qədim diyarı olan Şəki şəhərində nahar yeməyindən sonra Karvansaray, Şəki xan sarayı və məbədlərə ekskursiya etdilər. Daha sonra tarixi Nohur gölündə oldular.  
Gəzintidən şəkilləri izləyin...

04.02.14 14:48

 Liseyimizin 3-cü sinif şagirdlərinin 4 Fevral 2014-cü il tarixində  qar topu oynayarkən.

Şəkilləri izləyin...

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71