"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV

25.05.13


 “Mənim arzum” mövzusunda essesi

Mənim çoxlu arzularım var. Onlardan biri prezident olmaqdır. Prezident olmaq üçün orta təhsilimi bitirməliyəm. Mən savadlı, bilikli olmalıyam. Mən sağlam böyüməliyəm. Prezident olmaq üçün ərizə yazmalıyam. Əgər mən seçilsəm, öz ölkəmi qorumalıyam. Ölkəmi inkişaf etdirməliyəm. Yeni qoruqlar, məktəblər, parklar açdırmalıyam. Mən məktəblilərin kitablarını, iş dəftərlərini pulsuz, qoruqları geniş, parkları sakit hala gətirəcəm.

Mən Heydər Əliyev və İlham Əliyev kimi vətənpərvər olacam. Öz vətəndaşlarımı doğru yola çəkəcəm.

Anam həmişə belə deyir:

-       “Həyatda iki yol var: səhv və düz. Səhv yolla getsən sənə asan ola bilər. Uğura, arzuya çatmağa az qalanda isə qalib gəlməyəcəksən. Amma doğru yolu seçsən, çətinliklə qarşılaşsan da axırda arzuna çata biləcəksən.”

Prezident olsaydım ac ölkələrə kömək edərdim, əl uzadardım. Məsələn: Somaliyə.

Mən böyüyəndə uşaqların inkişafına, təhsilinə xüsusu diqqət yetirəcəm. Heydər Əliyev deyərdi:

-       “Gənc nəslin yüksək təhsil alması qarşımızda duran vəzifələrdən biridir. Təhsil millətin gələcəyidir.”

İlham Əliyev belə deyir:

-       “Biz istəyirik ki, gənc nəsil bilikli,savadlı olsun. Vətənpərvərlik ruhunda tərbiyə alsın.”

Mənə görə prezident sülhün canlı simvoludur. Yəni prezident həmişə istəyir ki, ölkəsində sülh, əmin-amanlıq olsun.





01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71