V. İştirakçılar:
Müsabiqəyə Azərbaycan Respublikasının bütün fənlər üzrə orta məktəb müəllimləri müraciət edə bilərlər.
Müasir məktəbdə Activİnspire proqramı ilə hazırlanmış tədris resursları
I. I-IV siniflər üçün hazırlanmış ən yaxşı resurs ( 3 yer)
II. V-XI siniflər üçün hazırlanmış ən yaxşı resurs ( 3 yer)
III. Ən yaxşı təlimçi işi ( 3 yer)
İştirakçıların vəzifəsi:
Məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən və ActivInspire proqramının köməkliyi ilə elektron materiallardan (interaktiv plakatlar, tədris modulları, vizual modellər) hazırlanmış (müəllif hüquqları qorunur) və metodiki şərhlə əsaslandırılmış didaktik material təqdim etmək. Təqdim olunan material azərbaycan, rus və ingilis dillərində ola bilər.
İştirakçı aşağıda qeyd edilən materialları təqdim etməlidir:
Ø Yerləşdirilmiş ərizə formasını doldurulması (özü haqqında şəxsi məlumatları ) Forma 1
Ø Hazırlanmış resursun yerləşdirilməsi.
Ø Yüklənilən faylların forması bu şəkildə olmalıdır: bütün göndərilən materiallar (Ərizə, plan, dərsin xülasəsi, dərs (flipçart)) bir qovluqda yerləşdirilməlidir.
Ø Qovluğu bu şəkildə adlandırın.
Müsabiqə sözü, qrup nömrəsi, iştirakçının soyadı, (məsələn: Müsabiqə1Məmmədova N.S.) Qovluq .zip və ya .rar formatında olmalı və aşağıda qeyd olunmuş elekron ünvanına göndərilməlidir. Məktubun mövzu bölməsinə müəllifin SAA (Soyadı, adı, atasının adı) qeyd olunmalıdır. Məsələn: Müsabiqə_Məmmədova N. S.