26.09.12 10:17

İri müəssələr şəbəkəsinə və müvafiq infrastrukturun, formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idmann və digər sahələrdə tərəqqisinə güclü təkan vermişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün milli dövlət quruculuq prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intelektual potensialını gücləndirilməsi naminə töhfələr verir.
Hörmətli prezidentimiz İlham Əliyev cənablarının təyin etdiyi Eldar Əzizovun Sumqayıt şəhər icra Hakimiyyətinə başçı gəlişi ilə şəhərimizdə böyük dəyişiklik baş verdi: küçələrimiz, parklarımız gül-çiçəyə büründü. Köhnəlmiş binalarımız yeni görkəm aldı. Gecələr qaranlıqdan qorxa-qorxa keçdiyimiz küçələr al-əlvan işıqlarla işıqlandı. Mədəniyyət evləri, məktəblər, bağçalar, xəstəxanalar və idman mərkəzləri yeni, bu gün ilə səsləşən səviyyədə təmir edildi.
Şəhərimizdə silsilə tədbirlər planı həyata keçirilir. Bu günü 2012 -ci il 26 Sentyabrı Sumqayıtda "Şəhər günü" kimi qeyd edirik.Bu gün münasibəti ilə bütün sumqayıtlıları "İdrak" məktəb-liseyi adından təbrik edirik və ümid edirik ki, şəhərimiz Avropanın böyük sənaye şəhərləri ilə müqayisə ediləcək dərəcədə inkişaf edəcək.
18.09.12 10:44

18 Sentyabr 2012-ci ildə liseyimizdə Üzeyir Hacıbəyovun doğum günü və Milli musiqi günü qeyd olundu. Üzeyir Hacıbəyovun həyatı və yaradıcılığı haqqında şagirdlərimizə geniş məlumat verildi və "Üzeyir ömrü" filmi nümayiş etdirildi.
17.09.12 10:53“Bilik günü”
Bütün Azərbaycanda olduğu kimi bizdə , “İdrak” məktəb-liseyində də “Bilik günü” münasibəti ilə geniş tədbir keçirildi. Tədbir 1-cilərin hazırladığı səhnəcik ilə başlandı.Dövlət Himnimiz səsləndirilib, bayrağımız uca göylərə qaldırıldı.Lisey rəhbərliyi bilik günü ilə bağlı şagirdləri təbrik etdi.Ötənilki məzunların valideynləri çıxış etdi. 2-ci siniflərə təhsildə və ictimai işlərdə fəallıqlarına görə Diplom və Fəxri fərmanlar təqdim olundu.Yuxarı siniflər 1-ciləri rəngarəng rəqs nömrələri ilə təbrik etdilər. Şagirdlərimizdə ingilis dilində şifahi nitqin inkişafı üçün Amerikanın Nyu Cersi universitetinin məzunu Maksa söz verildi. Liseyimizin şagirdlərinə şair, dramaturq, publisist Əvəz Lələdağ və başqa qonaqlar yeni dərs ilində uğurlar arzuladılar.Sonda liseyimizin himni ilə tədbirimizi yekunlaşdırdıq.
------>>>>Tədbirdən olan şəkilləri izlə <<<<------
12.09.12 17:02
Təcili Liseyimizin rəsm dərnəyinə yaxşı rəssamlıq qabiliyyəti olan rəsm müəllimləri işə dəvət olunur.
Müraciət üçün cv formasınızı ([email protected]) elektron ünvanına göndərməniz xahiş olunur.