"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

18.04.13 08:47

 "İdrak" məktəb-liseyinin şagird və müəllimləri Ərəbslinski adına Sumqayıt Dövlət Dram teatrında "Məlikməmmədin nağılı" tamaşasını seyr etdilər. Tamaşadan sonra gözəl xatirə şəkilləri çəkildi.

11.04.13 11:57

ELAN
Hörmətli valideynlər "İdrak" məktəb-liseyinə şagird qəbulu artıq başlamışdır. İmtahan günlərini öyrənmək  üçün məktəb-liseyimizə müraciət etməyiniz xahiş olunur. 

Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71
Email: 
[email protected]

03.04.13 16:47

“İdrak” məktəb-liseyində bu məktəbin mətbu orqanı olan “İdrak-press” qəzetinin ilk sayının təqdimat mərasimi baş tutdu. Törəni “İdrak” məktəb-liseyinin təsisçisi Mönsüm Alışov açdı, qonaqları salamladı.Tədbir iştirakçılarına 5 illik fəalliyyəti olan “İdrak”ın keçdiyi yolu əks etdirən video-çarx nümayiş etdirildi. Təqdimat mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin müavini Seyfəddin  Rəhimov, “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov, Sumqayıt Jurnalistlər Birliyinin sədri Rafiq Oday, “Sumqayıt təhsili- Sabah” qəzetinin baş redaktoru Kəmayıl Namazov, şair-publisist Əvəz Lələdağ, şair Sabir Sarvan, Qubadlı Rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Eldar Xanlarov, qəzetin ilk sayının işıq üzü görməsində böyük zəhməti olan Tahir müəllim də ürək sözlərini çatdırdılar, qəzetə gələcək saylarında oxunaqlılıq arzuladılar. Tədbirdə lisey şagirdlərinin ifasında bir neçə rəqs nümayiş etdirildi və alqışlarla qarşılandı.

            Sonda tədbir iştirakçıları çay süfrəsinə dəvət olundular. Tədbir xatirə şəklinin çəkilməsi ilə sonuclandı.

Təqdimat mərasimindən olan şəkilləri izləyin....

 

Təqdimat mərasimindən olan videonu izləyin..



15.03.13 21:13

15 Mart 2013 – cü ildə “İdrak” məktəb-liseyində Novruz şənliyi keçirildi. Şənlik lisey şagirdlərinin hazırladığı səhnəcik və rəqslərlə müşaiyyət olundu. İştirakçılar Novruz adətlərimizlə bağlı maraqlı məlumatlarla tanış oldular və “Kosa” ilə “Keçəl” – in baməzə zarafatlarına tamaşa etdilər.

06.03.13 19:06

8 Mart Beynəlxalq qadınlar günü münasibətilə "İdrak" məktəb liseyinin ibtidai sinif şagirdləri öz analarına həsr etdikləri "Biz Anamıza hədiyyəyik" adlı sürpriz -tədbir keçirmişlər.

« | ... 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71