"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

01.03.13 17:24

  1 mart 2013-cü il tarixdə fizika və  riyaziyyat aylığının yekununa həsr edilmiş tədbir keçirilmişdir. Ay ərzində liseydə "açıq qapı aylığı" elan edilmişdi. Liseyin  V - XI siniflərin ən fəal şagirdləri fizika və  riyaziyyat fənlərindən aldıqları  bilikləri tətbiq etmək istiqamətində xeyli iş görmüşdülər. Belə ki, onlar ay ərzində fizika və riyaziyyat alimlərinin həyat və yaradıcılığı ilə tanış olmuş ,onlar haqqında maraqlı  məlumatlar toplamışlar.  Şagirdlər tərəfindən maraqlı krassvordlar , rebuslar tərtib edilmişdir.Bütün bunlar  divar qazetlərində öz əksini tapmışdır. Ay ərzində liseyin radio qovşağı da fəaliyyət göstərmişdir.Burada da şagirdlər müxtəlif və maraqlı məlumatlarla çıxış etmişlər. Fizika və riyaziyyat aylığının yekunu olaraq bədii gecə keçirilmişdir. Gecədə şagirdlər riyazi bilikləri ilə bağlı yaradıcılıq nümünələri nümayiş etdirdilər. Onlar fizika və riyaziyyatın həyatın müxtəlif sahələrində tətbiqi ilə bağlı slaydlar hazırlamışdılar. IX sinif şagirdləri Amalya və Mədinə ədəd və rəqəmlərin insan taleləri ilə əlaqələndirilməsi təşəbbüsləri barədə məlumatları slaydlar vasitəsi ilə təqdim etdilər. Bəzi görkəmli şəxsiyyətlərin həyatında ədədlərin rolu haqqında məlumatlar da tədbirdə marağa səbəb oldu.  Üzeyr Hacıbəyov və Mosart haqqındaki  məlumatlar da diqqətə layiq idi. Tədbirdə liseyin  metodisti Səfərəliyev Səfərili   müəllim də riyaziyyatla bağlı verdiyi məlumatlar şagirdlər tərəfindən  xüsusi maraqla dinlənilmişdir.Tədbirin sonunda isə liseyin direktoru Alışova Xanım müəlliməyə söz verilmişdir. Xanım müəllimə şagirdləri fizika və  riyaziyyat aylığında fəallığa ğörə diplomları ilə təltif etdi.

26.02.13 16:44

Xocalı faciəsinin 21-ci ildönümü "İdrak" məktəb-liseyində geniş şəkildə qeyd edildi. Səhər idmanında uşaqlar hadisə haqqında bildiklərini söylədilər və məktəb-liseyin ibtidai sinif müəlliməsi Aysel şagirdlərə güniş məlumat verdi. Sonra 5-11 ci siniflərə məktəb-liseyin akt zalında Xoca filmi nümayiş olundu. 1 və 2-ci sinif şagirdlərinə öz sinif otaqlarında debatlar keçirildi. Kitabxanada təşkil olunmuş tədbirdə kitabxanaçı Sevinc xanım Xocalı faciəsi haqqında geniş məlumat verdi. 3 və 4-cü sinif şagirdləri liseyin rəsm dərnəyinin üzvlərinin çəkdikləri şəkillərə tamaşa etdilər. Gənc rəssamlar öz şəkilləri haqqında güniş açıqlama verdilər. Sonda "Sarı gəlin" musiqinin sədası altında uşaqlar öz fikirlərini çəkdikləri rəsmlərlə ifadə etdilər. Şagirdlərə Dəyirman qrupunun ifasında Xocalıya aid klip nümayiş etdirildi. Sonda  məktəb-liseyin təşkilatçısı Şahmuradova Vəfanın ifasında "Buz Heykəl" əsəri səsləndirildi.


 

15.02.13 15:26

“İdrak” məktəb-liseyində  IX-X  siniflər arasında 1 fevraldan 15 fevrala qədər “Tennis” yarışması keçirildi. Final görüşü fevralın 15-də  liseyin idman zalında keçirildi. Yarışmada I yeri IX sinif şagirdi Hüseynov Aqşin, II yeri X sinif şagirdi Məmmədov Nail, III yeri X sinif şagirdi Soltanov Cavidan, IV yeri isə IX sinif şagirdi İsmayılova Amalya tutmuşdur. I, II, III yerin qalibləri lisey rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyələrlə, IV yerin sahibi isə Fəxri Fərmanla təltif edildi.

Yarışdan olan şəkilləri izləyin....

 

23.01.13 09:58

"Idrak" məktəb-liseyində 13.02.2013-cü il tarixində məktəbimizin Tarix müəllimləri Şivəxanova Mehriban və Məmmədov Vüsalın təşkil etdiyi "Azərbaycan tarixi" fənni üzrə bilik yarışı keçirildi. Yarışda məktəbimizin 10a və 8a sinif şagirdləri iştirak edirdilər. Yarışın mövzusu 8-ci sinif Azərbaycan tarixi dərsliyini əhatə edirdi. Yarış 10a sinif şagirdlərinin qələbəsi ilə başa çatmışdır. Yarışın keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsidir.

18.01.13 15:49

Tarixən Azərbaycan xalqı başı bəlalı olub, dizi qatlanıb, çox büdrəyib,  amma yıxılmayıb. Öz dözümünü, vüqarını saxlayıb. Öz azadlığı, suverenliyi uğrunda hər dəfə səsini çıxarmaq istəyəndə səsi boğulub bu xalqın. 1990-cı il yanvarın  19-dan 20-ə keçən gecə Azərbaycan xalqı növbəti faciəyə düçar oldu. Bu dərd dünyanın harasında olursa olsun özünə azərbaycanlıyam deyən hər kəsin dərdidir.
        “İdrak” məktəb-liseyinin kollektivi  də bu faciənin 23-cü il dönümünü geniş şəkildə yad etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Faciə gecəsi lentə alınmış kadrlardan ibarət video çarx nümayiş etdirildi. Şagirdlərin ifasında faciə gecəsini əks etdirən “Anacan, işığı kim söndürüb?” adlı səhnəcik nümayiş etdirildi. “Cahargah” muğamının sədası altında bir çox şeirlər, baytılar kompozisiya şəklində tədbir boyu səsləndi. Liseyin xor kollektivinin ifasında “Qalx Azərbaycan" musiqisi ifa olundu. Səhnəyə rəmzi qoyulan abidənin önünə II sinif şagirdləri tər qərənfillər düzdülər. Tədbirdən sonra liseyin bir qrup müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər.


  

« | ... 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71