31.10.12 16:04

Bu gün "İdrak" məktəb-liseyində ingilislərin olan, lakin dünyanın bir çox ölkələrinin öndə gedən məktəb-liseylərinin keçirdiyi "Halloween" bayramını böyük təntənə ilə keçirdik. Bayramda şagirdlərimizin ifasında ingilis dilində bir çox səhnəcik və FLASHMOB rəqsi təqdim edildi. Şagirdlərin yaratdığı küpıgirən qarı, balqabaqlar, vampir, şeytan, ruh, zombi, sehrbaz, cadugər, ifritə obrazları tədbiri böyük diqqətlə izləyən müəllim və şagirdlərin marağına səbəb oldu.11-ci sinif şagirdi Raulun özünün ingilis dilində bəstələdiyi mahnı və sehrbazın qeyri-adi nömrələri çox bəyənildi. Tədbirdə iştirak edən Amerika səfirliyindən dəvət olunmuş qonaqlarımız öz heyranlıqlarını gizlətmədilər.
18.10.12 10:5818 oktyabr Müstəqillik günü

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssuf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan xalq cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. İnanırıq ki, Respublikamızın müstəqilliyi əbədi və sarsılmazdır.
05.10.12 08:44

01.10.12 11:41
BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə Respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir. Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları, o cümlədən, Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab edilir.Bu gün "İdrak" məktəb-liseyimizdə də bütün dünyada olduğu kimi Beynəlxalq Ahıllar Günü qeyd olunur. Şagirdlər və müəllimlərimizə ahıllarla bağlı video çarxlar nümayiş etdirildi.