17.02.15 15:21
I. Müsabiqənin məqsədi:
Ø İnteraktiv ActivBoard lövhələri də daxil olmaqla İnformasiya və Kommunikasiya texnologiyalarının və vizual alətlərin təhsil müəssisələrində istifadəsinin təbliği
Ø ActivInspire proqramında hazırlanmış resurslarının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq;
II. Müsabiqənin hədəfi
Ø İnteraktiv ActivBoard lövhələrinin və Activİnspire proqramının tədrisdə səmərəli şəkildə tətbiq edilməsinin təşkili;
Ø Yaradıcı müəllimlərin bu texnologiyalardan fəal istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, interaktiv texnologiyaların dərs prosesində istifadəsinin mənimsənilməsi;
Ø Ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq və metodiki bazanın toplanması
III. Müsabiqənin təşkilatçıları: Edumedia-Azərbaycan MMC
IV. Müsabiqənin keçrilmə müddəti:
Ø Resursların qəbulu üçün son tarix 15 mart, 2015
Ø Münsiflər heyətinin işi- 16-31 mart, 2015
Ø Nəticələrin elan edilməsi- 1 aprel, 2015, "Edumedia-Azərbaycan" və "Promethean Planet"-in internet səhifəsində
Ø Mükafatlandırma tədbiri - aprel ayının ortaları, 2015
17.02.15 15:06

16.02.15 14:15

09.02.15 12:02
