"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

30.01.15 11:59

 “İdrak” liseyində  30 yanvar  11:30 da 9-11-ci siniflər arasında növbəti sınaq keçirildi. Bu sınağa "İdrak" liseyinin Bakı filialının 9-11-ci sinif şagirdləri də qatıldı. Bütün şagirdlərə uğurlar arzu edirik.

19.01.15 09:21

 “İdrak” liseyinin kollektivi  də bu faciənin 25-ci il dönümünü geniş şəkildə yad etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Faciə gecəsi lentə alınmış kadrlardan ibarət video çarx nümayiş etdirildi. “Cahargah” muğamının sədası altında bir çox şeirlər, bayatılar kompozisiya şəklində tədbir boyu səsləndi. Səhnəyə rəmzi qoyulan abidənin önünə III sinif şagirdləri tər qərənfillər düzdülər. Tədbirdən sonra liseyin bir qrup müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər. 

27.12.14 15:18

 26 Dekabr 2014-cü ildə "İdrak" liseyində Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı geniş şəkildə qeyd olundu. Şənlikdə lisey rəhbərliyi bayramlar münasibəti ilə qonaqları və lisey heyətini təbrik etdi. Şaxta baba və Qar qızın gəlişi ilə tədbir daha da rəngarəng oldu.
 Tədbirdən şəkilləri izləyin..
                                                         Tədbirdən video fraqmenti izləyin..

25.12.14 12:47

2 həftədir liseyimizdə davam edən "Kod saatı" coşqusu davam edir. Bütün siniflərimiz asudə vaxtlarını kod saatına ayırıb, asan və çətin kodların öhdəsindən gələ bilirlər. Bu gün 5a sinif şagirdlərimiz Aqil və Elvin kod saatında 20 tapşırığın öhdəsindən gələrək sertifikat əldə etdi. Onların nəticələri müəllim lövhəsindəki nəticələri vgə sertifikatlarını təqdim edirik. 
  Tədbirdən şəkilləri izləyin..

12.12.14 16:35

 Dekabr ayının 12-də 3-4 cü siniflər arasından könüllü olaraq qatılan şagirdlər üçün klaviaturada sürətli yazı müsabiqəsi keçirildi. Müsabiqə 45 dəqiqə davam etdi. Uşaqlara verilən mətn Ulu Öndər Heydr Əliyevin həyatı ilə bağlı bir mətn idi. 1-ci yeri 4-cü sinif şagirdi Yadigarov Toğrul, 2-ci yeri 3-cü sinif şagirdi Cavidan, 3-cü yeri isə 4-cü sinif şagirdi Erol qazandılar. 1-ci yeri qazanan Toğrul və 3-cü yeri qazanmış Erolla xatirə şəkli çəkildi.
                                    

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71