Ümumi xəbərlər
09.09.14 10:20
Əziz müəllimlər və şagirdlər Elektron təhsil müsabiqəsi 2014-ə start verilmişdir. Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən hər il "Elektron Təhsil" Müsabiqəsi təşkil olunur. V "Elektron Təhsil" Müsabiqəsi “Müasir məktəbdə elektron tədris resursları”, “Təhsildə İnternet texnologiyaları" və "Milli elektron tədris resurslarının yaradılması" istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər iştirak edə bilərlər. Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları da iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün Qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər Müsabiqəyə Layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini ( şərhlərini) yaza bilərlər. Əziz müəllimlər və şagirdlər idrak.edu.az saytından keçid edərək müsabiqədən qeydiyyatdan keçin.
"İDRAK" LİSEYİNDƏ 100% QƏBUL
06.06.14 11:51
06 İyun 2014 cü il tarixdə Sumqayıt Dram teatrının aktyorları liseyimizin qonağı oldu. Onlar şagirlərimizə asudə vaxtlarında çox gözəl tamaşa nümayiş etdirdilər. Sonda şagirdlərimizlə birgə yallı rəqs etdilər.
Görüşdən olan şəkilləri izləyin...05.06.14 11:40
04 İyun "İdrak" liseyi ibtidai sinif şagirdləri ilə birlikdə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzinə ekskursiya etdilər. Mərkəzdə şagirdlərə Dahi Lider, Azərbaycanın qurucusu Heydər Əlirza oğlu Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatlar verildi. Ekskursiya Dahi Liderimiz haqqında video çarxla sona çatdı.
Ekskursiyadan olan şəkilləri izləyin... 04.06.14 10:25
30 May 2014-cü il tarixdə "Idrak" liseyində "Son Zəng" tədbiri keçirildi. Tədbirdə 11-cilər 1-ci sinfi öz otaqlarında hədiyyələr ilə təbrik etdilər və gözəl musiqi sədaları altında 1-cilər ilə birgə tədbirə qoşuldular. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. Siniflərin nümayiş etdirdiyi maraqlı rəqs nümunələri ilə davam etdi. Sonda ənənəvi olaraq "Son Zəng" çalındı və xatirə şəkilləri çəkildi.

Tədbirdən olan şəkilləri izləyin...