Ümumi xəbərlər
01.12.14 12:10
Diqqət!
"İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı.
İstirahət vaxtı: şənbə və bazar günü
göndərə bilərlər.
21.11.14 18:17
Liseyimizdə Kimya-biologiya aylığına həsr olunmuş "Brain ring" bilik yarışması baş tutdu. Aylığın qalibləri - Həyat bilgisi üzrə ibtidai siniflərdən: Riyaziyyatçılar(60 xal), Kimya-biologiya üzrə yuxarı siniflərdən isə Odlar yurdu(30 xal) komandaları oldu.Qalibləri təbrik edirik.
Tədbirdən şəkilləri izləyin..07.11.14 18:10
Liseyimizin şagirdləri Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akdademiyasınln (AMEA) birgə təşkilatçılığı ilə keçirilən Bakı Elm Festivalında iştirak etdilər.
Tədbirdən şəkilləri izləyin..30.10.14 17:02
Bu gün "İdrak" liseyində Halloween bayramı keçirildi. Bayram öncədən hazırlanmış xüsusi fləşmob ilə açıldı. Sonra Halloween bayramını əks edirən slayd təqdim olundu. Slayddan sonra Şagirdlərin ingilis dilində hazırladığı çıxışlar izləyicilərin təəccübünə səbəb oldu. Sonda sehrbazın ifası və müxtəlif əyləncəli oyunlarla tədbir sona çatdı.
Tədbirdən şəkilləri izləyin.. 16.10.14 17:32
16 Oktyabr 2014-cü il tarixində "İdrak" liseyində müstəqillik mövzusunda treyninq keçirildi. Təlimdə 9, 10, 11-ci sinif şagirdləri Müstəqillik və azadlıq anlayışını tarixi, hüquqi və ədəbi aspektdən araşdırmağa çalışdılar. Yaşasın Müstəqil Azərbaycan!
Tədbirdən şəkilləri izləyin..