"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

01.05.13 15:52

 
30 Aprel 2013-cü il tarixdə  Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya məktəbində konfrans keçirilmişdir.

Konfransda 3 mövzu:  

1)Qlobal istiləşmə

2)Elektromaqnit dalğaları

3)Elektrik cərəyanı insan orqanizminə təsiri  
    üzrə  IX sinif şagirdlərinin elmi araşdırmaları dinlənilmişdir.

    Bu konfransda  bizim liseyin IX sinif şagirdlərindən İsmayılova Amalya, Hüseyinov Aqşin və Oktayzadə Mədinə öz araşdırmalarını təqdim etmişlər. Bu şagirdlərin hər 3-ü seçdikləri mövzuda apardığı ən yaxşı tədqiqat işinə görə diplomları  ilə təltif olundular. 
 

Konfransdan şəkilləri izləyin... 

30.04.13 08:59

 Hörmətli valideynlər, "İdrak" məktəb-liseyinə şagird qəbulu artıq başlamışdır. İmtahan günlərini öyrənmək  üçün məktəb-liseyimizə müraciət etməyiniz xahiş olunur. 

Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71
Email: 
[email protected]

26.04.13 12:45

 26 Aprel 2013-cü il tarixində saat 14:00 da "İdrak" məktəb-liseyində “Kimya-Biologiya aylığı”na həsr olunmuş "Brain ring" məktəbdaxili bilik yarışmasının final mərhələsi keçirildi. Yarışda 3 komanda – Vant-Hoff, Lamark və Darvin komandaları iştirak edirdi. Bu mərhələdə də  münsiflər heyəti Amaliya və Mətanət müəllimə idi. Tamaşaçı qismində müəllimlər və müxtəlif sinif şagirdləri iştirak edirdi. "Idrak"  məktəb-liseyinin direktoru Xanım müəllimə də tamaşaçılar sırasında əyləşmişdi.

    Yarışma üç mövzunu əhatə edirdi : Kimya, Biologiya və dünyagörüşü.  Seçim mərhələsinin qaydalarında bir qədər dəyişikliklər edilmişdi. Keçən dəfəki kimi yarış 3 turdan ibarət oldu, lakin kimya fənni 15 sualdan ibarət idi. 1-ci tur Kimya, 2-ci tur Biologiya, 3-cü tur isə dünyagörüşü suallarını əhatə edirdi. Hər sual münsiflər heyəti tərəfindən 10 xalla qiymətləndirildi.   

23.04.13 19:39

 23 Aprel 2013-cü il saat 16:00 da "İdrak" məktəb-liseyində məktəbdaxili "Brain-ring" yarışması keçirildi. Yarışma "Kimya- biologiya aylığı" na həsr olunmuşdur və suallar da şagirdlərə bu fənlər üzrə salınmışdır. Seçim mərhələsində təqdim olunmuş mövzulara görə 3 komanda Darvin, Lamark və Vant-Hoff komandaları qalib olub finala vəsiqə qazandılar. Məğlub komanda isə Arrenius oldu. Aprelin 26-sı  seçim mərhələsində qalib olan 3 komanda 1-ci yer uğrunda finalda yarışacaqlar. 

23.04.13 12:55

23 Aprel 2013-cü il tarixində "İdrak" məktəb-liseyində Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclası keçirildi. İclasda Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının şura üzvü Kazımov Fərman iştirak etdi. İclasda məktəb-liseyin psixoloqu Hüseynova Mətanət, metodist Səfərəliyev Səfəralı, ibtidai sinif müəlliməsi Nağıyeva Aysel Ümummilli Lider Heydər Əliyev haqqında maarifləndirici fikirlər səsləndirdilər:

- Heydər Əliyev öz iti zəkası, dünyagörüşü sayəsində həyatımızın bütün sahələrində yeniliklər yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev başladığı işi sona çatdırmağı bacaran gözəl siyasətçidir. Heydər Əliyevin pedaqoqika məktəbi, siyasət məktəbi, rəhbərlik məktəbi, az itki verməklə(bəlkə heç verməməklə) böyük problemləri sülh yolu ilə həll etmək məktəbi gələcəkdə daha yaxşı öyrəniləcək, gələcəkdə bu dahi şəxsiyyətin fəaliyyətindən çoxlu kitablar, dissertasiyalar yazılacaq. Zaman keçdikcə Heydər Əliyev böyüklüyü daha aydın görünür. Heydər Əliyevin bağladığı neft müqaviləsi müasir dövrün ən böyük inqilabı idi. Bu müqavilə Azərbaycanı dünyaya tanıtdı. İndi Azərbaycan öz süni peyki olan qüdrətli bir dövlətdir. Biz bununla fəxr edirik. 

Ulu Öndərimizin ruhu şad olsun!

« | ... 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71