"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

16.05.14 17:38

 "İdrak" liseyində "Brain Ring" bilik yarışmasının Coğrafiya aylığına həsr ounmuş son final oyunu keçirildi. Oyunda 6 komanda qarşılaşdı. Müvafiq fəndən hər qarşılaşmaya 15 sual təqdim olundu. Qalib komanda 355 xalla "Sabirlər"   komandası oldu. Qalib komanda diplomlarla, hədiyyələrlə və yarışın rəsmi kuboku ilə mükafatlandırıldılar.Komandanı ürəkdən təbrik edirik və gələcək həyatlarında və oyunlarda onlara uğurlar diləyirik.

08.05.14 08:46

 7 May 2014-cü il tarixdə "İdrak" liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Şahmat turniri keçirildi. Yarışda 2,3,4-cü siniflərdən seçilmiş şagirdlər iştirak etdilər.  
1-ci yeri: 
Seyidov Məhəmməd
Cəbrayıllı Məhəmməd
Quluzadə Rəvan
Tahirli Ömər
2-ci yeri:
Zeynallı Ceyhun
Məmmədli Fateh
Həsənzadə İlkin
Mustafa Əhməd
Qaliblərə diplom və hədiyyələr təqdim olundu.

21.04.14 11:22

 Yunan-Roma güləşinin Yeniyetmələrin 9-cu idman oyunlarında 73 çəki dərəcəsində 3-cü yeri tutduğuna görə Alıxan Diplom və medalla təltif edilib. Alıxanı ürəkdən təbrik edirik.  

03.04.14 09:23

 Liseyimizdə Fizika aylığı ilə əlaqədar açıq dərslər keçirildi. Bunlardan biri də məktəbimizin istedadlı, gənc və əməksevər müəlliməsi Bəyaz müəllimənin 6-cı sinifdə "Qravitasiya qarşılıqlı təsiri-Günəş sistemi" mövzusunda keçirdiyi açıq dərs oldu. Dərs kurikulumun və fəal interaktiv təlimin bütün tələblərinə cavab verirdi. Və aylığın ən yaxşı dərsi seçildi. Dərsdə məktəbimizin direktoru Xanım müəllimə, Təlim-tərbiyə işləri üzrə müavin Butayeva Sevda, Psixoloq Hüseynova Mətanət,fizika metodbirləşməsinin rəhbəri Minayə müəllimə və digər müəllimlər iştirak edirdilər.

20.03.14 13:55

 14 Mart 2014 – cü ildə “İdrak” liseyində Novruz şənliyi keçirildi. Şənlik lisey şagirdlərinin hazırladığı səhnəcik və rəqslərlə müşaiyyət olundu. İştirakçılar Novruz adətlərimizlə bağlı maraqlı məlumatlarla tanış oldular və “Kosa” ilə “Keçəl” – in baməzə zarafatlarına tamaşa etdilər.

Tədbirdən olan şəkilləri izləyin... 

« | ... 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71