11.03.14 09:07

07.03.14 17:03

28.02.14 15:56

26.02.14 16:43

26 fevral Xocalı soyqırımı ilə əlaqədar olaraq tədbir keçildi. Tədbiri məktəbimizin ingilis dili müəllimi Həqiqət müəllimə təşkil etmişdi.Tədbirin açılışı xocalı soyqırımı şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Tədbirdə 2 – ci, 3 –cü, 5 –ci və 8 –ci sinif şagirdlərinin şeir və kiçik səhnəcikdən ibarət çıxışları oldu. Tədbirdə məktəbin təsisçi rəhbəri Mönsüm müəllim, metodist Səfərəli müəllim,tarix müəllimi Vüsal müəllim öz çıxışlarını etdilər . Sonda isə tədbir Azərbaycan Respublikasının Dövlət Himni müəllimlər və şagirdlər tərəfindən ayaq üstə ifası ilə başa çatdı.
24.02.14 16:37

24 fevral liseyimizdə ingilis dili dərsindən 4 – cü siniflərin açıq dərsi keçirildi. Dərsi liseyimizin gənc və istedadlı müəllimi Amalya müəllimə icra edirdi. Dərs kurikulum sisteminə əsasən keçildi.Burada siniflər qrup şəklində bölünərək slaydlar və iş vərəqləri vasitəsilə yeni dərsi mənimsədilər. Dərs prosesi liseyin direktoru Xanım müəllimə, direktor müavini Sevda müəllimə, psixoloq Mətanət müəllimə,ingilis dili üzrə metodbirləşmənin sədri Bağdagül müəllimə və bir neçə fənn müəllimləri tərəfindən izlənildi. Şagirdlər dərs ərzində fəallıq göstərdilər. Sonda açıq dərsin qiymətləndirilməsi aparıldı.