Ümumi xəbərlər
26.11.13 09:10
Sabah Azərbaycan dili və Ədəbiyyat aylığı üzrə keçirilən "BRAİN RİNG" yarışmasında sualların əhatə olunduğu siniflər: Azərbaycan dili - 5~9, Ədəbiyyat - 5~10 25.11.13 14:22
25 Noyabr 2013-cü il tarixində Yeni Azərbaycan Partiyasının "Idrak" liseyinin ilk partiya təşkilatının Partiyanın yaranmasının 21-ci il dönümünə həsr olunmuş yığıncağı keçirildi. Yığıncaqda Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının şura üzvü Kazımov Fərman iştirak etdi. Yığıncaqda məktəb-liseyin psixoloqu Hüseynova Mətanət məruzə etdi. Məruzə atrafında ibtidai sinif müəlliməsi Nağıyeva Aysel , tarix müəllimi Məmmədov Vüsal fikirlər səsləndirdilər. 20 Noyabr tarinxində "liseyində keçiriləcək məktəbdaxili "BRAİN RİNG" yarışmasının püşatma mərasimi keçirildi. Püşkatmaya əsasən yarışacaq komandalar müəyyən oldu. Ümumi seçilmiş 6 komanda və hər biri 7 heyətdən ibarət olmaqla yarışacaqlar. Yarışma Azərbaycan dili və Ədəbiyyat aylığına həsr olunacaq. Komandara müvafiq fənnlər üzrə suallar təqdim olunacaq. Yarışma 27 Noyabr tarixində keçiriləcək.
06.11.13 16:17
Bu gün "İdrak" liseyində Halloween bayramı keçirildi. Bayram öncədən hazırlanmış xüsusi fləşmob ilə açıldı. Sonra Halloween bayramını əks edirən slayd təqdim olundu. Slayddan sonra Şagirdlərin ingilis dilində hazırladığı "Nigthmare before Christmas: Bella and Peter" nağılı izləyicilərin təəccübünə səbəb oldu. Sonda sehrbazın ifası və müxtəlif əyləncəli oyunlarla tədbir sona çatdı.
05.11.13 13:35
"İdrak" liseyində artıq sınaqlar başlandı.