"İdrak" liseyi qəbul üzrə 100% nəticə göstərib. 2013-2014 tədris ilinin məzunları olmuş şagirdlər hamısı keçirilmiş qəbul imtahanlarında əla nəticə göstəriblər. Liseyimiz adından onları təbrik edirik.
İDRAK KURSLARIQƏBUL NƏTİCƏLƏRİFOTOQALEREYAARXİV
Ümumi xəbərlər

25.01.14 17:56

Bu gün "İdrak" liseyində Informatika və riyaziyyat aylığına görə 24 yanvar 2014-cü il tarixində III-IV siniflər arasında növbəti "BRAİN RİNG" bilik yarışması keçirildi.Yarışda 6 komanda iştirak etdi. Komandalar cüt-cüt yarışdılar. Hər qarşılaşmada informatika fənnindən 10 sual təqdim olundu. Aylıq üzrə ən çox xal toplayan komanda Qaliblər - 45xal komandası oldu. 2 aylığa görə 75 xal toplayaraq öndə gedən komanda isə yenə  Qaliblər  komandası oldu.  Qaliblər komandasının üzvlərini təbrik edirik. Ardınca isə  V-XI siniflər arasında növbəti "BRAİN RİNG" bilik yarışması keçirildi. Yarışda 6 komanda iştirak etdi. Komandalar cüt-cüt yarışdılar. Müvafiq olaraq hər fənndən 15 sual təqdim olundu. Aylıq üzrə ən çox  - 105 xal toplayan  komanda Xəmsə komandası oldu. 3 aylığa görə 215 xal toplayaraq öndə gedən komanda isə Sabirlər komandası oldu. 

17.01.14 15:30

Tarixən Azərbaycan xalqı başı bəlalı olub, dizi qatlanıb, çox büdrəyib,  amma yıxılmayıb. Öz dözümünü, vüqarını saxlayıb. Öz azadlığı, suverenliyi uğrunda hər dəfə səsini çıxarmaq istəyəndə səsi boğulub bu xalqın. 1990-cı il yanvarın  19-dan 20-ə keçən gecə Azərbaycan xalqı növbəti faciəyə düçar oldu. Bu dərd dünyanın harasında olursa olsun özünə azərbaycanlıyam deyən hər kəsin dərdidir. 
        “İdrak” liseyinin kollektivi  də bu faciənin 24-cü il dönümünü geniş şəkildə yad etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Faciə gecəsi lentə alınmış kadrlardan ibarət video çarx nümayiş etdirildi. “Cahargah” muğamının sədası altında bir çox şeirlər, bayatılar kompozisiya şəklində tədbir boyu səsləndi. Liseyin xor kollektivinin ifasında “Qalx Azərbaycan" musiqisi ifa olundu. Səhnəyə rəmzi qoyulan abidənin önünə V sinif şagirdləri tər qərənfillər düzdülər. Tədbirdən sonra liseyin bir qrup müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər.
 

09.01.14 16:07

 “İdrak” liseyinə 2014/2015-ci tədris ili üçün

məktəbə hazırlıq və I-XI siniflərə şagird qəbulu elan olunur.
Qəbul üçün lazım olan sənədlər
1. Uşaqların I sinfə qəbulu barədə valideynin ərizəsi; 
2. Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;
3. Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
4. 2 (iki) ədəd 2x4 ölçüdə fotoşəkil;

Ərizədə uşağın təhsil alacağı tədris dili qeyd edilməlidir.
Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71
Email: 
[email protected]

28.12.13 11:07

27 Dekabr 2013-cü ildə "İdrak" məktəb-liseyində Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı geniş şəkildə qeyd olundu. Şənlikdə məktəb rəhbərliyi bayramlar münasibəti ilə qonaqları və lisey heyətini təbrik etdi. Şaxta baba və Qar qızın gəlişi ilə tədbir daha da rəngarəng oldu.   O da öz ürək sözlərini dedi. Şəhərimizin gənc istedadları öz bayram ruhlu mahnıları ilə tədbirimizi daha da şənləndirdi.

                                         Tədbirdən olan şəkilləri izləyin...
                                                             
Tədbirdən olan videonu izləyin...   

23.12.13 09:08

 Bu gün "İdrak" liseyində Tarix aylığına görə 20 dekabr 2013-cü il tarixində "BRAİN RİNG" bilik yarışması keçirildi. Yarışda 6 komanda iştirak etdi. Komandalar cüt-cüt yarışdılar. Müvafiq olaraq hər fənndən 20 sual təqdim olundu. Ən çox xal toplayan komandalar isə "Nasirlər" v ə "Sabirlər" komandaları oldu. 2 aylığa görə öndə gedən komandalar - Dilçilik və Sabirlər oldu.

« | ... 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 ... | »

Geri | Yuxarı

01.12.14

Diqqət!
 "İdrak" liseyinin məktəbəhazırlıq qrupuna təcili tərbiyəçi tələb olunur.
Təhsili: ali
Kurrikulum metodikasını bilməsi arzu olunandır.
Uşaqlarla işləmək istəyi və bacarığı
Səbrli və işinə məsuliyyətlə yanaşan biri olmalı. 
İstirahət vaxtı: şənbə və bazar günü 
Uyğun namizədlər öz CV-lərini [email protected] e-mail ünvanına 
göndərə bilərlər.

14.11.14

ВНИМАНИЕ!!!
Объявляется набор воспитателей и ассистентов воспитателей для подготовительной группы русского сектора дошкольного учреждения.
Требования к кандидату:
Образование: высшее или среднее дошкольное, допускается также психологическое или обще-педагогическое
Мин. год работы с детьми 4-5-6-ти лет
Базовые знания детской психологии
Желание и умение работать с детьми
В случае заинтересованности высылайте CV на e-mail:[email protected]
Обезательно пишите сверху формы - ФИДАН

14.11.14

 Diqqət!
İdrak Liseyinin məktəbəhazırlıq qrupuna metodist tələb olunur. Təhsili: Ali (məktəbəqədər təhsilin metodikası və pedaqogikası və ya psixologiyası) İş təcrübəsi: Bagçada min: 4 il. Valdeyn və kollektivlə iş bacarığı. Yaşların inikşaf qanunauyğunluğuna görə təlim-tərbiyə işini qura bilmək bacarığı. Uyğun namizədlər CV-lərini ... email ünvanına göndərsinlər.

13.10.14

 Əziz  müəllimlər "İdrak" liseyində(Sumqayıt) bütün ixtisas müəllimlərinin sinif rəhbəri vəzifəsinə  boş vakant yerlərə qəbul davam edir. xahiş olunur elektron cv formalarınızı [email protected] elektron ünvanına göndərəsiniz. Əlavə məlumatları liseyə zəng etməklə əldə edə bilərsiniz.
Əlaqə: Ünvan: Azərbaycan, Sumqayıt, S.Vurğun küçəsi 2
Tel.: (+994 18) 655-59-73,(+994 18) 655-84-71