Ümumi xəbərlər
24.10.13 13:05
ELAN
Əziz ibtidai sinif müəllimləri "İdrak" liseyində boş vakant yerlərə işə düzəlmək üçün elektron ərizə formasını doldurmanız tələb olunur. Əlavə məlumat üçün məktəb-liseyinə müraciət edə bilərsiniz. 18.10.13 12:07
18 oktyabr Müstəqillik günü

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssuf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan xalq cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.İnanırıq ki, Respublikamızın müstəqilliyi əbədi və sarsılmazdır.
04.10.13 09:20
5 Oktyabr - Müəllimlər günü

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əzuyyətinə dözmək, kədəri ilə kədərləndirib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, güniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
01.10.13 12:53
Əziz müəllimlər və şagirdlər İDRAKpress qəzetimizi elektron formada saytımızdan izləyə bilərsiniz.01.10.13 11:11
