06.09.13 13:40

Kursu aparan 1997-ci ildən Rəssamlar ittifaqının üzvü , yüzlərlə rəsm kolleksiyalarında əsərləri nümayiş etdirilən, Türkiyədə kurslar təqdim etmiş peşəkar müəllim Qafarzadə Vidadi Fərman oğludur. Kurslar 3 istiqamətdə fəaliyyət göstərir:
1. Həvəskar rəssamlıq kursu
2. Əzim Əzimzadə adına Rəssamlıq texnikumuna hazırlıq (2 il ərzində)
3. Rəssamlıq Akademiyasına hazırlıq ( 2 il ərzində)
Arzu edənlər "İdrak" məktəb-liseyinin Təşkilatçı müavininə müraciət edə bilərlər.
01.06.13 09:01
31 May "Idrak" məktəb-liseyində "Son Zəng" tədbiri keçirildi. Tədbirdə 11-cilər 1-ci sinfi öz otaqlarında hədiyyələr ilə təbrik etdilər və gözəl musiqi sədaları altında 1-cilər ilə birgə tədbirə qoşuldular. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlandı. Siniflərin nümayiş etdirdiyi maraqlı rəqs nümunələri ilə davam etdi. Sonda ənənəvi olaraq "Son Zəng" çalındı və xatirə şəkilləri çəkildi.
Tədbirdən olan şəkilləri izləyin...
25.05.13 13:42

13.05.13 16:20
13 may 2013-cü il tarixində “İdrak” məktəb-liseyində birincilərin “Hər birimiz bir çiçək” adlı tədbiri keçirildi. Tədbir şən musiqi sədaları altında uşaqların zala daxil olması ilə başlandı.Onlar bir çox musiqi, rəqs və səhnəciklər nümayiş etdirdilər. Uşaqların sevimlisi olan Heydər Əliyev adı anıldı və Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi. Sonda kitab şəkilli tortun kəsilişi ilə tədbir sona çatdı.
Tədbirdən olan şəkilləri izləyin...
08.05.13 17:32

I hissə: Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa müəllim Heydər Əliyev haqqında ümumi məlumat verdi. Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın işğalı günü qeyd olundu. Ümummilli Lider Heydər Əliyev və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra liseyin tarix müəllimi Vüsal Məmmədov “Heydər Əliyev tarixi şəxsiyyət kimi” mövzusunda çıxış etdi. IX sinif şagirdi Amalya Dahi Liderə həsr olunmuş ingilis dilində şeir söylədi. Məktəb-liseyin məsləhətçi metodisti Səfərəli Səfəralıyev Heydər Əliyevin həyatı və fəaliyyəti barədə maraqlı məlumatlar verdi.Sonda Heydər Əliyevə həsr olunmuş videoçarx və “İdrak” məktəb-liseyinin məktəbəqədər hazırlıq qrupunun uşaqları ilə birgə hazırlanmış klip nümayiş etdirildi.