25.09.13 13:50

24.09.13 08:43
ŞƏHƏR GÜNÜNÜZ MÜBARƏK ƏZİZ SUMQAYITLILAR
1949-cu ildə Xəzərin sahilində, boz sahlərdən ibarət olan yerdə yeni bir şəhər salınmağa başladı. Kiçik taxta evlərdən, zavodlardan ibarət olan şəhər zəngin inkişaf yolu keçərək, ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrildi.
İri müəssələr şəbəkəsinə və müvafiq infrastrukturun, formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idmann və digər sahələrdə tərəqqisinə güclü təkan vermişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün milli dövlət quruculuq prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intelektual potensialını gücləndirilməsi naminə töhfələr verir.
Hörmətli prezidentimiz İlham Əliyev cənablarının təyin etdiyi Eldar Əzizovun Sumqayıt şəhər icra Hakimiyyətinə başçı gəlişi ilə şəhərimizdə böyük dəyişiklik baş verdi: küçələrimiz, parklarımız gül-çiçəyə büründü. Köhnəlmiş binalarımız yeni görkəm aldı. Gecələr qaranlıqdan qorxa-qorxa keçdiyimiz küçələr al-əlvan işıqlarla işıqlandı. Mədəniyyət evləri, məktəblər, bağçalar, xəstəxanalar və idman mərkəzləri yeni, bu gün ilə səsləşən səviyyədə təmir edildi.
Şəhərimizdə silsilə tədbirlər planı həyata keçirilir. Bu günü 2013 -cü il 24 Sentyabrı Sumqayıtda "Şəhər günü" kimi qeyd edirik.Bu gün münasibəti ilə bütün sumqayıtlıları "İdrak" məktəb-liseyi adından təbrik edirik və ümid edirik ki, şəhərimiz Avropanın böyük sənaye şəhərləri ilə müqayisə ediləcək dərəcədə inkişaf edəcək.
20.09.13 10:27


20 sentyabr Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.
Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.
18.09.13 11:12

16.09.13 13:23

Tədbirdən olan şəkilləri izləyin...